İşin təsviri
Ünvan: Mikail Useynov küç 51
İşin təsviri:
- İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq.
- İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
- Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
- Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
- Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
- Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
Namizədə olan tələblər:
- Təcrübə minimum 1 il;
- Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
- Azərbaycan, İngilis və Rus dillərini orta səviyyədə bilmək;
- Komandada işləmək bacarığı, gülərüzlü olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Waiter” qeyd edərək CV-lərini elektron ünvanına 24.06.2024-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.