Ticari Marketinq - Bölmə Müdiri (Tam Store)

  • Avrora
  • Elanın qoyulma tarixi: 15.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Kampaniya təklif siyahısını toplayır, analiz edir, müvafiq şöbələrlə danışıqlar aparıb yekun siyahını formalaşdırır; 
  • Yekun siyahıya əsasən kampaniya konsepti nəzərə alınmaqla dizayn üçün yerləşim planını hazırlayır, kampaniya məhsulları üçün adlandırma siyahısını hazırlayır və dizayn üçün yönləndirir;
  • Prosesi izləyir, dizayn edilmiş faylları yoxlayır;
  • Kampaniya çap materiallarının sifarişlərini verir və izləyir;
  • Kampaniya siyahılarına uyğun qiymətlərin, şərtə bağlı endirimlərin sistemə işlənilməsini təmin edir;
  • Kampaniyanın effektivliyinin izlənilməsi, növbəti kampaniya üçün eyni prosesi təmin edir;
  • Təqvimə, sezona, satış dinamikasına uyğun kampaniya təklifləri hazırlayır;
  • Bütün proseslərin, qrafikə uyğun getməsini daim izləyir.

Tələb olunan bilik və bacarıqlar:

  • Pərakəndə bazarı barədə ümumi məlumatlılıq (ərazilər, qiymət strategiyaları, kampaniya mexanizmləri və s.);
  • Excel bilikləri (yuxarı səviyyədə);
  • Problem həll etmə bacarığı və stressə dözümlülük.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (İqtisadiyyat və ya sahələri üzrə olması üstünlükdür);
  • Pərakəndə şəbəkə sahəsində təcrübə mütləqdir;

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri : Nərimanov rayonu, Aşıq Molla Cümə küç 46B
  • Nahar şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “ Ticari marketinq Bölmə müdiri ” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi