Mikrokreditlər üzrə kiçik mütəxəssisi (Əhmədli filialı)

  • TBC Kredit
  • Elanın qoyulma tarixi: 12.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Ərazi üzrə potensial müştərilərin obyektlərinə gedib kredit məhsulları barədə məlumat vermək və müştəri cəlb etmək;
  • Müştərilərin maliyyə vəziyyətini və ödəniş qabiliyyətini analiz etmək;
  • Cari müştərilərlə davamlı ünsiyyət saxlamaq, yeni müştəriləri əməkdaşlığa cəlb etmək;
  • Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək.

Namizəddən gözləntilərimiz:

  • Təhsil: Ali təhsil.
  • Dil bilikləri: Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qabiliyyəti,
  • İT bilikləri: MS ofis proqramları (MS Excel, MS Word) üzrə əsas biliklər
  • İş təcrübəsi: tələb olunmur

Son müraciət tarixi 12.04.2024-cü il

Zəhmət olmasa, CV-nizi, email-in mövzu hissəsində vəzifənin adını qeyd etməklə e-mail ünvanına göndərin. Yalnız vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün, müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın.

İşəgötürənin reytinqi