Mühasib

  • TBC Kredit
  • Elanın qoyulma tarixi: 24.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin dəqiq olmasının, müvafiq qanun və qaydalara mühasibatlıq standartlarına uyğun olmasının təmin edilməsi və nəzarətdə saxlanılması;
  • İlkin sənədlərin nəzərdən keçirilməsi və müvafiq materialın sisteminə işlənməsi;
  • Mühasibat, Vergi uçotu, DSMF və Statistika ilə bağlı hesabatları hazırlamaq  və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Elektron Qaimə Faktura ilə bağlı əməliyyatları icra etmək;
  • BTP proqramında işləməklə vergi bəyannamələrini göndərmək və vergi məsələləri ilə bağlı - işlərdə birbaşa iştirak etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Bank hesabları üzrə ödənişləri həyata keçirmək;
  • Alınmış və Ödənilmiş Avans ödənişlərini izləmək;
  • Kreditor və debitorlar ilə üzləşmələr aparmaq;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyəti hesablamaq, köçürmək;
  • Mühasibat sənədlərini saxlamaq və qorumaq;
  • Görülmüş işlərə dair bütün təsdiqedici sənədləri toplamaq, tərtib etmək və saxlamaq;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərliyə hesabat vermək;
  • Maliyyə direktorunun və baş mühasibin verdiyi digər əlavə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi.

Namizəddən gözləntilərimiz:

  • Təhsil: İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində bakalavr və ya daha yüksək təhsil dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dilində səlis ünsiyyət qabiliyyəti, ingilis dili biliyi yaxşı səviyyədə, rus dili - arzuolunandır.  
  • İT bilikləri: MS ofis proqramları (MS Excel, MS Word) üzrə əsas biliklər. 1C mühasibatlıq proqramı və Loan Workbench sistemində işləmək bacarığı arzuolunandır.
  • İş təcrübəsi: Maliyyə, mühasibat uçotu, vergi qanunvericiliyi üzrə ən azı 4-5 il təcrübə.
  • Müvafiq sahə üzrə biliklər: Maliyyə və mühasibatlıq sahəsi üzrə sertifikat və ya ixtisasartırma üstünlük hesab edilir. ACCA, F3 və F7 sertifikatların olması arzuolunandır.

Son müraciət tarixi 24.02.2024-cü il

 

Zəhmət olmasa, CV-nizi, email-in mövzu hissəsində vəzifənin adını qeyd etməklə e-mail ünvanına göndərin. Yalnız vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün, müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın.

İşəgötürənin reytinqi