Marketing Meneceri

  • TBC Kredit
  • Elanın qoyulma tarixi: 22.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Marketinq şöbəsində səmərəli iş axınının təşkili və optimallaşdırılması;
  • Tabeçiliyində olan əməkdaşların idarəedilməsi, mentorluğu və onların koordinasiyası;
  • Həm rəqəmsal, həm də ənənəvi kanalları əhatə edən hərtərəfli marketinq strategiyaların hazırlanması və həyata keçirilməsi;
  • Sosial media, vebsayt və digər rəqəmsal platformalar vasitəsi ilə brend tanınmasını artırmaq;
  • Marketinq tədbirlərinin planlaşdırılması və icrasına nəzarət;
  • Marketinq kampaniyasının effektivliyini qiymətləndirmək və təsirini artırmaq üçün əsaslandırılmış məlumatlara istinad edərək qərarların qəbul edilməsi;
  • Marketinq alətlərinin təşkilatın məqsədlərlə uyğunlaşdırmaq üçün digər çarpaz funksional komandalarla əməkdaşlığın edilməsi;
  • Trendləri, rəqiblərin fəaliyyətini və böyümə imkanlarını müəyyən etmək üçün bazarın hərtərəfli təhlilin aparılması;
  • Şirkətin vebsaytında istifadəçi davranışının təhlil edilməsi;
  • Lazımi məlumatları təqdim etməklə vebsayt və proqramların inkişafına töhfə vermək;
  • Marketinq məlumatlarının analizi və interpretasiyasını həyata keçirmək və effektiv marketinq strategiyalarını hazırlamaq.

Namizəddən gözləntilərimiz:

  • Təhsil: Marketinq, Biznes və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan, rus və ya ingilis dillərində səlis şifahi və yazılı ünsiyyət qabiliyyəti.  
  • İT bilikləri: MS ofis proqramları (MS Excel, MS Word) üzrə əsas biliklər. Analitik alətlərlə (Google Analytics 4, Firebase, Appsflyer) işləmə bacarığı.
  • İş təcrübəsi: Marketinq şöbəsinin idarəçiliyində ən azı 5 illik təcrübə.
  • Müvafiq sahə üzrə biliklər: Google Ads və Meta Ads sertifikatları arzuolunandır.
  • Əlavə tələblər: Əvvəlki marketinq kampaniyalarını və brend idarəçiliyini nümayiş etdirən portfel təqdim edilməlidir.

Son müraciət tarixi 17.02.2024-cü il

 

Zəhmət olmasa, CV-nizi, email-in mövzu hissəsində vəzifənin adını qeyd etməklə e-mail ünvanına göndərin. Yalnız vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün, müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın.

İşəgötürənin reytinqi