İnsan Resursları şöbəsində Əməliyyatlar üzrə baş mütəxəssis

  • Groupone
  • Elanın qoyulma tarixi: 07.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin böyüdülməsi, mükafatlandırılması işlərinin yerinə yetirilməsi;
  • Əmək kitabçalarının qeydiyyatının aparılması,yeni işçilər üçün əmək kitabçalarının açılması, yeni və mövcud əmək kitabçalarının doldurulması;
  • İşçilərlə bağlı bütün dəyişikliklərin dövlət portalına daxil edilməsi;
  • Məzuniyyət qrafikinin tərtib olunması və məzuniyyətdən istifadənin nəzarətdə saxlanılması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və arxivləşdirilməsi işlərinin həyata keçirilməsi;
  • İşçilər tərəfindən müraciət olarsa arayış və xasiyətnamələrin hazırlanması və təqdim edilməsi.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi : Ali
  • Yaş : 21 - 36
  • AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini bilmək
  • Operativlik
  • Yüksək ünsiyyət bacarığı
  • Punktuallıq
  • Kompüter bilikləri: MS Excel, MS Word

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00
  • Nahar fasiləsi: 13:00-14:00
  • İstirahət günü: Şənbə, Bazar

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir
  • AR Əmək Q. əsasən rəsmiləşdirilmə
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq

Uyğun namizədlər öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.