İnsan Resursları üzrə Mütəxəssis

  • Setex Group
  • Elanın qoyulma tarixi: 06.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşçiyə qoyulan tələblər:

  • Təhsil: Ali;
  • Müvafiq sahədə iş təcrübəsi 1 ildən-2 ilədək;
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq qabiliyyəti, rus dili arzuolunandır;
  • Yaş Həddi: 23-30
  • Operativ, məsuliyyətli və işə planlı yanaşmaq;
  • Kompüter və ofis proqramlarından istifadə etmə bacarığı;
  • Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı;
  • Komandada işləmək bacarığı və istəyi;
  • Gərgin iş qrafiki ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi;
  • İşçilərin işə qəbulu, işdən azad edilməsi və ƏMAS-da rəsmi əməliyyatlar;
  • Rəsmi əməliyyatlara uyğun olaraq sənədlərin əmrləşdirilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması;
  • Əmək kitabçalarına qeydiyyatın aparılması;
  • Kadrlara olan tələbatın təmin edilməsində (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) iştirak etmək;
  • İşçilərin vəzifə təlimatlarının hazırlanması;
  • Bütün sənədlərin düzgün arxivləşdirilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;

İş şərtləri:

  • Stabil iş;
  • Əmək haqqı-600-700 AZN;
  • İcbari  sığorta;
  • İş vaxtı: 5 günlük iş həftəsi;
  • İstirahət günləri: Şənbə-bazar, bayram günləri.

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etmək mütləqdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.