Kateqoriya üzrə mütəxəssis

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Portfeldəki hər bir markanın fəaliyyətinə nəzarət etmək
  • Bazar ehtiyaclarına uyğun olaraq müvafiq kateqoriya üzrə məhsul tələbatını idxal və ya yerli tədarükçü vasitəsilə təmin etmək
  • İdxal sifarişləri zamanı məhsulların bazar şərtlərinə uyğun qiymət indeks hesablanmasını aparmaq
  • İdxal prosesi zamanı məhsulların zamanında mərkəz anbara alınması və mağazalara göndərilməsinə nəzarət etmək
  • Mağazalar arasında mübadilə əməliyyatını təşkil və idarə etmək, A-Mövsüm ehtiyatlarını tələbata görə dərinlik baxımından qorumaq və lazım olduqda yenidən sifariş etmək, mağazalara planlaşdırılan tədarüklər barədə məlumat vermək
  • Ümumi iş strategiyası və illik büdcə prosesinə töhfə vermək , KPI-lara nail olunması və qoyulan hədəflərin şirkətin plan və büdcəsinə uyğunluğunu təmin etmək
  • Təchizatçının ödəniş şərtləri, endirim və yenidən qiymətləndirmələrlə bağlı proseslərin icrası zamanı şirkətin digər əlaqədar strukturları ilə əməkdaşlıq etmək
  • Verilmiş sifarişlər üçün daxili Satınalma Sifarişlərini (PO) hazırlamaq və sistemə yerləşdirmək; sistemdə (əsas məlumatlar) məhsulun spesifikasiyasını yoxlamaq, məhsul kartını doldurmaq və düzəliş etmək
  • Mövsümi endirim planlarının yaradılmasına kömək etmək
  • Qəbul olunmuş ehtiyat məhsulların keyfiyyətini qiymətləndirmək və hər hansı uyğunsuzluqları təchizatçılar və rəhbərliyə bildirmək
  • Fərdi mağazaların, rəqiblərin həftəlik /aylıq bazar ziyarətləri, habelə rəqiblərin fəaliyyətini izləmək və hesabat vermək
  • Kateqoriyalar üzrə məhsulların mağazalarda təlimatlara uyğun şəkildə yığılmasına və təqdim olunmasına nəzarət etmək
  • Sorğu və tələblərə əsasən həftəlik, aylıq, illik hesabatları marka tərəfdaşlarına təqdim etmək

Namizədə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi
  • Xarici dil biliyi: İngilis dili yaxşı səviyyədə, Rus dili arzuolunandır
  • MS Excel biliyi : Yüksək səviyyədə
  • Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Kateqoriya üzrə mütəxəssis” qeyd edərək mail ünvanına yönləndirə bilərlər.