İnzibati işlər üzrə mütəxəssis (Masallı, Şamaxı, Quba)

İşin təsviri

 

“Vijn Fond AzərKredit” MMC Masallı, Şamaxı və Quba, filiallarına İnzibati işlər üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəlikləri:

• Şirkətə gələn zənglərin cavablandırılması və əməkdaşlarla yönəldilməsi;
• Filialdaxili sənədləşmə və kargüzarlıq işlərini idarə olunması;
• Daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı, arxivləşdirilməsi və lazımi yerə və vasitə ilə çatdırılması;
• İşə davamiyyət cədvəlini və tələb olunan digər hesabatları hazırlanması;
• Birbaşa rəhbəri tərəfindən verilmiş tapşırıqların vaxtında yerinə yetirilməsi;
• Müştəri məlumatlarının və şöbə sənədlərinin qovluqlarda saxlanılması;
• Gələn qonaqların qarşılanması;
• Filialın cari təsərrüfat fəaliyyəti ilə bağlı lazımi işlərin görülməsi (ofis təchizatının idarə edilməsi).

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

• Ali təhsil;
• Azərbaycan dilində şifahi/yazılı olaraq yaxşı əlaqələr qurma bacarığı; İngilis dilini bilənlərə üstünlük verilir;
• MS (Word, Excel), Outlook və Database proqramlarında, habelə ofis avadanlıqları ilə sərbəst işləmək bacarığı;
• Kargüzarlığın aparılması üzrə biliklər;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Müştərilərlə düzgün ünsiyyət qurarmaq bacarığına malik olmaq;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Stressə davamlı və komandada işləmək bacarığı;

İş üçün anket formaları 30 yanvar 2014-cü il tarixinədək aşağıda göstərilmiş e-məktub vasitəsilə və ya müvafiq filialın ofisinə təqdim etməklə qəbul olunur. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından və ya müvafiq filialın ofisindən əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Məsələn: Quba filialına İnzibati işlər üzrə mütəxəssis) göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

QEYD: İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected];                       Faks: (+994 12) 597 30 39