Personal assistant

İşin təsviri

Azərbaycanın sürətlə inkişaf edən böyük kənd təsərrüfatı şirkətində rəhbərlik Şəxsi assistent kimi çalışacaq komanda yoldaşı axtarır. Azərbaycanın gözəl rayonlarından birində meyvə bağlarının əhatəsində çalışaraq karyera qurmaq, peşəkar şəkildə inkişaf etmək üçün əla fürsətdir.

Namizədə tələblər:

  • Rayonda (şimal bölgə) işləmək üçün uyğun olmaq

  • Yaş: 21-24 

  • Maksimum 2 il öncə universitet məzunu olmaq (mühəndislərə üstünlük verilir)

  • Universitetə giriş balı: 550+

  • Bakalvr diplomu üzrə bal: 75+

  • İngilis dil biliyi: Upper-intermediate (eləcə də IELTS, TOEFL balı 6.0-dan yuxarı olan namizədlərə üstünlük verilir)

  • Süni intellektdən istifadə bacarığı olan (Chat GPT)

  • Gününün böyük hissəsini meyvə bağlarında keçirməyi sevmək

  • Ezamiyyətlərə uyğun olmaq

  • Aqronomluq sahəsinə həvəsli olmaq

Vəzifə öhdəlikləri:

  • Rəhbərin gündəlik/həftəlik görüşlərinin təşkili, planlamasını yerinə yetirir

  • Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə məhsulların, xammalların baxımına, öyrənilməsinə, yığımına nəzarətdə iştirak edir

  • Direktorun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını təşkil edir

  • İclas və müşavirələrdə iştirak edir, habelə göstərilən iclas və müşavirələrin yekunlarını məruzə edir

  • Zəruri hesabatların hazırlanmasını təşkil edir

  • Rəhbərin gündəlik tapşırıqlarını yerinə yetirir

  • Xarici mütəxəssislərdən aqronomluğu öyrənmək

Tələblər:

  • İş proseslərində peşəkarlığa riayət etmək

  • Danışıqlar aparmaq üçün uyğun ünsiyyət bacarıqlarına malik olmaq

  • Təşkilatçılıq, planlama, analitik düşünmə və problemlər həll etmə bacarıqlarına yiyələnmək

İş rejimi:

  • Həftənin 5 günü 09:00-dan 18:00-dək

  • Əmək qanunvericiliyinə əsasən işə qəbul həyata keçirilir

  • Yaşayış yeri, nahar şirkət tərəfindən təmin edilir.

  • Əmək haqqı rəqabətədavamlı və yüksəkdir.

 

DİQQƏT! Yalnız gösətrilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. 

Namizədlərin intellektual qabiliyyətləri testlə yoxlanacaq.

Tələblərə uyğun olan namizədlərdən CV-lərini [email protected] ünvanına Personal assistant başlığı ilə göndərmələri xahiş olunur.