Logistika üzrə kiçik mütəxəssis

İşin təsviri

Biz o parlaq gənci axtarırıq! Azərbaycanın sürətlə inkişaf edən böyük kənd təsərrüfatı şirkətində logistika sahəsində işləmək istəyən gənc xanım axtarırıq. . Uzunmüddətli stabil iş axtaran, xaricə eksport olunacaq meyvələrin istehsalıyla məşğul olacaq şirkətdə çalışmaq istəyənlər üçün yaxşı fürsətdir.

Tələblər:

  • Ali təhsil
  • Rus və İngilis dili biliyi (B1/B2)
  • 21-24 yaş aralığında xanım namizədlər
  • Logistika sahəsində 3-6 ay təcrübənin olması üstünlükdür
  • Microsoft Office proqramları istifadəçisi
  • Araşdırma və analiz aparma bacarıqları

İşin təsviri:

  • Daşınmaları təmin etmək üçün nəqliyyat vasitələrinin təşkilini təmin etmək
  • Avropa, Rusiya və Türkiyədən idxal üçün avadanlıqların araşdırılması, müqayisəli analizlərin aparılması
  • Bəyannamə, mənşə sertifikatının alınması proseslərinin təşkilində dəstək
  • Zəruri hallarda idxal icazələrinin alınması üçün gömrük və ya digər dövlət orqanlarına məktubların hazırlanması
  • İdxal üçün gömrük rəsmiləşdirilməsi prosesinə nəzarət 
  • Logistika və import proseslərində tələb olunan sənədlərin hazırlanması 
  • Gömrük rəsmiləşdirilməsini üçün sənədləri təmin etmək
  • Göndərmələrin vəziyyəti və gömrük rəsmiləşdirilməsi prosesləri haqqında vaxtında yeniliklər təqdim etmək
  • Logistika və İmport Menecerinin təlimatlarını yerinə yetirmək

Şərtlər:

  • İş vaxtı: 09:00-18:00 
  • İstirahət günləri: Şənbə və Bazar
  • Əmək haqqı müsahibə əsasında təyin olunur.

 

DİQQƏT! Yalnız gösətrilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. 

Tələblərə uyğun olan namizədlərdən CV-lərini [email protected] ünvanına "Logistika və İmport üzrə köməkçi" başlığı ilə göndərmələri xahiş olunur.