Şəxsi köməkçi

İşin təsviri

Biz o parlaq gənci axtarırıq! Azərbaycanın sürətlə inkişaf edən böyük kənd təsərrüfatı şirkətində rəhbərlik şəxsi assistent/köməkçi kimi çalışacaq bacarıqlı və müasir dünyagörüşlü gənc kadr axtarır. Azərbaycanın gözəl rayonlarından birində meyvə bağlarının əhatəsində çalışaraq karyera qurmaq, xaricə eksport olunacaq meyvələrin istehsalıyla məşğul olacaq şirkətdə peşəkar şəkildə inkişaf etmək üçün əla fürsətdir.

Namizədə tələblər:

  • Rayonda (şimal bölgə) işləmək üçün uyğun olmaq
  • Yaş: 21-25
  • Maksimum 2 il öncə universitet məzunu olmaq (mühəndislərə və texniki bilikləri yüksək olanlara üstünlük verilir)
  • Universitetə giriş balı: 550+
  • Bakalavr diplomu üzrə bal: 75+
  • İngilis dil biliyi: Upper-intermediate (eləcə də IELTS, TOEFL balı 6.0-dan yuxarı olan namizədlərə üstünlük verilir)
  • Süni intellektdən istifadə bacarığı olan (Chat GPT)
  • Gününün böyük hissəsini meyvə bağlarında keçirməyi sevmək
  • Ezamiyyətlərə uyğun olmaq
  • Aqronomluq sahəsinə həvəsli olmaq

Vəzifə öhdəlikləri:

  • Rəhbərin gündəlik/həftəlik görüşlərinin təşkili, planlamasını yerinə yetirmək
  • Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə məhsulların, xammalların baxımına, öyrənilməsinə, yığımına nəzarətdə iştirak etmək
  • Direktorun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını təşkil etmək
  • İclas və müşavirələrdə iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunlarını məruzə etmək
  • Zəruri hesabatların hazırlanmasını təşkil etmək
  • Rəhbərin gündəlik tapşırıqlarını yerinə yetirmək
  • Xarici mütəxəssislərdən aqronomluğu öyrənmək

Yumşaq bacarıqlar üçün tələblər:

  • İş proseslərində peşəkarlığa riayət etmək
  • Danışıqlar aparmaq üçün uyğun ünsiyyət bacarıqlarına malik olmaq
  • Təşkilatçılıq, planlama, analitik düşünmə və problemlər həll etmə bacarıqlarına yiyələnmək

İş rejimi:

  • Həftənin 5 günü 09:00-dan 18:00-dək
  • Əmək qanunvericiliyinə əsasən işəqəbul
  • Yaşayış yeri, nahar şirkət tərəfindən təmin edilir.
  • Əmək haqqı rəqabətədavamlı və yüksəkdir.

DİQQƏT! Yalnız göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. 

Namizədlərin intellektual qabiliyyətləri və dil bilikləri testlə yoxlanacaq.

Tələblərə uyğun olan namizədlərdən CV-lərini [email protected] ünvanına Şəxsi köməkçi başlığı ilə göndərmələri xahiş olunur.