İstehsalat meneceri

İşin təsviri

Azərbaycanın sürətlə inkişaf edən böyük kənd təsərrüfatı şirkətində İstehsalat meneceri axtarışındadır. 

 

Namizədə tələblər:

  • Rayonda (Şimal bölgə) işləmək üçün uyğun olmaq

  • İstehsalat mühitində rəhbər vəzifədə və ya anbardar olaraq ən azı 2 il iş təcrübəsi

  • Kənd təsərrüfatı sahəsində təcrübənin olması arzuolunandır;

  • Məsuliyyətlilik, peşəkarlıq və problem analiz etmə bacarığı;

Vəzifə öhdəlikləri:

  • Müəssisəsnin təchizat, keyfiyyət və istehsal şöbələrində iş axışqanlığını artıracaq sistem və proseslərin təşkil edilməsi və nəzarətin edilməsi;

  • İstehsalat və iş proseslərində yaranan gecikmələrin, maddi və fiziki itkilərin təyin edilməsi və aradan qaldırılması;

  • Müəssisənin qarşısında qoyulan istehsal və satış planlarının yerinə yetirilməsinə nəzarətin təmin edilməsi;

  • Məhsulların istifadə qablaşdırılması, qruplaşdırılması və təhvilində lazımı qeydiyyatların və nəzarətin aparılması

  • Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;

  • İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına daim nəzarət edilməsi;

  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqları icra etmək.

İş rejimi:

  • Həftənin 6 günü 09:00-dan 18:00-dək

  • Əmək qanunvericiliyinə əsasən işə qəbul həyata keçirilir

  • Yaşayış yeri, nahar şirkət tərəfindən təmin edilir.

  • Əmək haqqı rəqabətədavamlı və yüksəkdir.

 

DİQQƏT! Yalnız gösətrilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. 

Tələblərə uyğun olan namizədlərdən CV-lərini [email protected] ünvanına İstehsalat meneceri başlığı ilə göndərmələri xahiş olunur.