Maliyyə üzrə Daxili Auditor

  • SƏBA
  • Elanın qoyulma tarixi: 12.01.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

              

İş Elanı № 60JS/13

“SƏBA” şirkətlər qrupu Maliyyə üzrə Daxili Auditor vəzifələrinə işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:

• Risklərin və bütün növ əməliyyatların auditini həyata keçirmək ;
• Mühasibat uçotu, vergi məcəlləsi üzrə  Azərbaycan Respublikasının qanunlarını, normativ hüququ aktlarını, mövçud uçot-hesabat formaları və onların tərtibi qaydalarını, əmək haqqının ödənilməsi haqqında qüvvədə olan əsasnaməni, sənədli təftiş və yoxlamaların aparılma qaydalarını və əmək qanunvericiliyinin əsaslarını bilmək ;
• Şirkətin icra və nəzarət sistemlərində, risklərin idarə olunmasını təmin etmək ;
• Sahə və strukturlar üzrə Şirkətin fəalıiyyətində nöqsan və qüsurların qarşısının alınması üçün müxtəlif tədbirlərin görmək ;
• Daxili Audit Xidmətinin iş planına uyğun olaraq audit layihələrində (monitorinq və ya təftişlərdə) iştirak etmək.

Əsas tələblər:

• Ali təhsil (audit və maliyyə sahəsi üzrə arzuolunandır) ;
• Maliyyə üzrə audit sahəsində ən azı 3 il və ya Mühasib kimi 5 iş təcrübəsi ;
• MS Office proqramları istifadəçisi kimi mükəmməl biliklər ;
• İSO 9001:2008 və ya 22000:2005 beynəlxalq standartları barədə məlumatlı olmaq ;
• Azərbaycanca və rus dillərində sərbəst oxuyub-yazmaq ;
• Şəxsi avtomobilə malik olmaq ;
• Şəxslər arasında geniş əlaqə yaratma və ünsiyyət vərdişləri ;
• Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq ;
• Ölkədaxili ezamiyyət etmək imkanı.

Əgər yuxarıda qeyd edilən vəzifələrdə işləmək istəyirsinizsə, CV-nizi  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№60JS/13) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!