Məlumat mərkəzi işçisi

  • Kredit Evi QSC
  • Elanın qoyulma tarixi: 19.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Baş ofis (Bakı)

Tələblər:

  • Yaş həddi: 21-30 yaş;
  • Təhsil: natamam ali və ya orta ixtisas; 
  • İş təcrübəsi: Arzu olunandı;
  • Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə,  Rus dili biliyi arzu olunandı;
  • Komputer bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) əla səviyyədə bilməlidir.

Bacarıqlar:

  • Ünsiyyətqurma və müştərilərlə işləmə bacarığı;
  • Məhsulların satışını online həyata keçirə bilmə (bu sahədə təcrübəsi olana üstünlük veriləcək);
  • Punktuallıq.

Vəzifə öhdəlikləri:

  • Daxil olan telefon zənglərinə cavab vermək;
  • Müştərilərə məhsul və xidmətlərlə bağlı dolğun məlumat vermək;
  • Daxil olmuş məlumatları analiz etmək və müvafiq şöbələrə yönəltmək.

Bizim sizə təklifimiz:

  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Bacarıqlarınız nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Gələcək karyeranızın qurulması üçün geniş şərait.

  Əgər təklifimiz sizə maraqlıdırsa şəkilli CV-lərinizi (şəkilli CV mütləqdir) elektron ünvanına göndərə bilərsiz.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Məlumat mərkəzi işçisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.