Kredit meneceri

İşin təsviri

Bakı və region filialları üçün “Kredit meneceri”/ “Qrup Rəhbəri“ vakansiyası elan edir. (Bakı, Sumqayıt, Bərdə, Yevlax, Salyan, Ağdaş, Cəlilabad, Biləsuvar, Neftçala, İmişli, Gəncə, Şirvan, Beyləqan, Ağcabədi, Lənkəran, İsmayıllı, Kürdəmir, Ağsu, Mingəçevir, Sabirabad, Tovuz, Masallı, Astara, Şəmkir)

Tələblər:

  • Ali təhsil: Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1-il iş təcrübəsi;
  • Səlis Azərbaycan dili;
  • Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • Mövcud məhsulların yüksək səviyyədə təqdimat bacarığı;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Microsoft Word və Excel proqramların yaxşı səviyyədə istifadəsi bacarığı;

Vəzifə öhdəlikləri:

  • Filialın və kredit işçilərinin portfelinə nəzarət etmək;
  • Kredit satışının artırılması üçün filial rəhbərinə təkliflər vermək;
  • Aidiyyatı coğrafi ərazidə potensial müştəri cəlbi;
  • Kreditlərin rəsmiləşdirilməsi prosesini şirkətin daxili normativ sənədləri, müvafiq prosedur və qaydaların tələblərinə əsasən icra etmək;
  • Əmək funksiyalarından və daxili normativ sənədlərin tələblərindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi;

Bizim sizə təklifimiz:

  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Bacarıqlarınız nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Gələcək karyeranızın qurulması üçün geniş şərait;

Əgər təklifimiz sizə maraqlıdırırsa şəkilli cvlərinizi (şəkilli CV mütləqdir) elektron ünvanına göndərə bilərsiz.

E-məktubunuzun “mövzu” (subject) sətrində,işləmək istədiyiniz regionun adı və müraciət etdiyiniz vəzifəni qeyd edin (Şəhərin adı - Kredit meneceri). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.