İnsan resursları üzrə mütəxəssis

  • Enar Taxi MMC
  • Elanın qoyulma tarixi: 05.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
  • Davamiyyətlərə nəzarəti həyata keçirtmək;
  • Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlamaq, imzaya təqdim etmək, qeydiyyata almaq;
  • Kadr sənədlərinin qovluqlara yığılması, qovluqlarda sənədlərin, o cümlədən işçilərin əmək kitabçalarının tam və səliqəli şəkildə saxlanılması üçün məsuliyyət daşımaq;
  • Tabel uçotu, məzuniyyət qrafikinin tərtibatı və icrasını həyata keçirmək;
  • Əmək kitabçalarının qəbulu, doldurulması və saxlanılmasını təmin etmək;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilməsi və s. sənədləri rəsmiləşdirilmək;
  • Rəhbərlik tərəfindən verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Əmək qanunvericiliyinin əsasları
  • Üzərinə məsuliyyət götürmək bacarığı
  • Əməyin və idarəçiliyin təşkil olunmasının əsaslarını
  • Operativlik, dəqiqlik və səliqə
  • Komandada işləmək bacarığı və kommunikativlik
  • Subordinasiyaya və etik davranış qaydalarına əməl etmə;
  • Qanunvericiliyə riayət etmək və daxili normativ tələblərə hörmət;
  • Təşəbbüskarlıq və həll tapma, işini planlaşdıra bilmə qabiliyyəti, problemləri həll və analiz etmək, işə konsentrasiya olmaq və nəticəyə fokuslanmaq, təzyiq şəraitində işləmə bacarığına malik olmaq. 
  • Məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalıdır. 

Əmək şəraiti:

  • Əmək haqqı: 1000.
  • İş rejimi: 5 günlük;

Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək email ünvanına göndərə bilərlər.  

Enar Taxi MMC tərəfindən digər vakansiyalar