İşin təsviri
Tələblər:
- Avtomobil sahəsində texniki biliklər və təcrübə
- Yaş aralığı: 25-35
- 1C , Excell proqramlarında işləmək bacarığı,
- Azərbaycan dili səlis ,İngilis dili, Rus dili arzuolunandır.
- İctimaiyyətlə yaxşı ünsiyyət qurma bacarığına malik olmalı;
- Çalışqan, ekstrovert, təşəbbüskar, məsuliyyətli və enerjili
Vəzifə öhdəlikləri:
- Servisə gələn avtomobillərin qəbulu, qeydiyyata alınması və təhvil verilməsi
- Təmir kartlarının hazırlanması
- Servis personalı ilə işləmə bacarığı
- Avtomobilin texniki xüsusiyyətlətindən anlayışın olması
- Zərurət yarandığı halda sürücülər ilə ustalar arasında ünsiyyət qurulmasini təmin etmək
- Hər bir tamamlanmış iş kartında yerinə yetirilmə vaxtını, qiymətlərin dəqiqliyini ,məlumat aydınlığını yoxlamaq və imzalamaq
- Cəmiyyətin əsas fəaliyyət istiqaməti olan taksi xidməti ilə bağlı sürücü xidmətlərinin göstərilməsi haqqında müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini təmin edir;
- Gündəlik çıxış cədvəlinin tərtib olunması və rəhbərliyə təqdim olunmasını təmin edir;
- Həftəlik çıxış cədvəlinin tərtib olunması və həftə ərzindəki dəyişikliklərin cədvəldə qeydiyyatının aparılmasını həyata keçirir;
- Avtomobil ilə sərnişin daşımalarını həyata keçirən sürücülərin sürücülük vəsiqəsinin, müvafiq kateqoriyasının , yol vərəqəsinin olmasına nəzarət edir;
- Sərnişindaşıma ilə bağlı sürücülərə verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edir;
- Müvafiq sahənin inkişafını təmin edir;
- Xidmət barədə müştəriyə məlumat verir;
- Gündəlik iş hesabatının təqdim edir.
Üstünlükər
- Üzərinə məsuliyyət götürmək bacarığı
- Operativlik, dəqiqlik və səliqə
- Komandada işləmək bacarığı və kommunikativik;
- Subordinasiyaya və etik davranış qaydalarına əməl etmə;
- Qanunvericiliyə riayət etmək və daxili normativ tələblərə hörmət;
- təşəbbüskarlıq və həll tapma, işini planlaşdıra bilmə qabiliyyəti, problemləri həll və analiz etmək, işə konsentrasiya olmaq və nəticəyə fokuslaşmaq, təzyiq şəraitində işləmə bacarığına malik olmaq.
- Məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalıdır.
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək
- İş rejimi: Həftənin 6 günü;
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Dispetçer” qeyd edərək [email protected] ünvanına göndərə bilərlər.