İşin təsviri
Vəzifə öhdəlikləri:
- Avtomobillərin texniki baxışını həyata keçirmək;
- Avtomobildə profilaktik təmirləri etmək və yoxlanışları həyata keçrimək.
- Nəqliyyat vasitəsində yaranan problemlərin hansı səbəblərdən yaranmasını müəyyən etmək və təkrar olunmamasını təmin etmək məqsədilə tələb olunan diaqnostika proseduralarını tətbiq etmək;
- Servisə daxil olan avtomobillərə tələb olunan qaydada texniki baxışı icra etmək və mövcud mexaniki nasazlıqları aşkar etmək;
- Tələb olunan ehtiyat hissələrini anbardan qəbul edib avtomobilə quraşdırmaq;
- Aparılan təmir işində ləngimə və əlavə işlər yarandığı halda Təmir sexi rəisinə məlumat vermək;
- Yürüş sınağını keçirərək təmirin bitməsinə əmin olmaq;
Tələblər:
- Avtomobil sahəsində texniki biliklər və təcrübə
- Minimum 1 il iş təcrübəsi
- Üzərinə məsuliyyət götürmək bacarığı
- Operativlik, dəqiqlik və səliqə
- Komandada işləmək bacarığı və kommunikativik;
- məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalıdır.
Əmək şəraiti:
- İş yeri: “Enar Taxi” MMC
- İş qrafiki (I-V günlər 09:00-dan 18:00-dək, VI gün 09:00-dan 14:00-dək )
- Əmək haqqı: Müsahibə zamanı təyin olunacaqdır.
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Çilingər” qeyd edərək email ünvanına göndərə bilərlər.