Satınalma üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İllik satınalma planının hazırlanmasını və qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini təmin etmək;
  • Cəmiyyətin mallara (işlərə və xidmətlərə) olan təlabatının müəyyənləşdirilməsində iştirak etmək;
  • Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılmasını və  müvafiq formanın təsdiq etdirilməsini təmin etmək;
  • Dövlət satınalmalarının vahid internet portalında satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsini təmin etmək;
  • Zərurət yarandıqda ixtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanmasını və onlara dəvət məktublarının göndərilməsini təmin etmək;
  • “Dövlət satınalmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək;
  • Satınalma prosedurlarının nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsini və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılmasını təmin etmək;
  • Satınalma prosedurlarının nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsini təmin etmək;
  • Tender komissiyasının işini təşkil etmək, iddiaçı şirkətlərin nümayəndələrinin iclaslarda iştirakı ilə bağlı zəruri tədbirlərin görülməsini və onlardan daxil olan sorğuların cavablandırılmasını təmin etmək;
  • Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunu yoxlamaq;
  • Müəssisədə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatları hazırlamaq;
  • Satınalamalara dair sənədlər toplusunun hazırlanmasını və saxlanılmasını təmin etmək

Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan dili və İngilis dili,yaxşı səviyyədə  Rus dili;
  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə yüksək biliklər;
  • MS Office proqramları üzrə biliklər.

Digər məlumatlar:

  • İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küç 73
  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə) 
  • İş vaxtı: 09:00 – 18:00

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.