Rəqəmsal Marketinq Mütəxəssisi

  • TBC Kredit
  • Elanın qoyulma tarixi: 22.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Xüsusilə Google Ads və Facebook Ads platformalarında rəqəmsal marketinq kampaniyalarının planlaşdırılması, icrası və optimallaşdırılması;
  • Kampaniya performansını artırmaq üçün açar söz araşdırmasının aparılması, rəqiblərin fəaliyyətini təhlil edilməsi və sənaye tendensiyalarından xəbərdar olması;
  • Resurslardan səmərəli istifadə etməklə, nəticələri maksimuma çatdırmaq;
  • Cəlbedici vizuallarla bağlı kontentin yaradılması;
  • Kampaniyaların uğurunu ölçmək üçün izləmə alətlərini tətbiq və təhlil edilməsi və həll yollarının təklif edilməsi.
  • Rəqəmsal marketinq tendensiyaları, alqoritmlər və ən yaxşı təcrübələrdəki dəyişikliklərdən daim xəbərdar olması.

Namizəddən gözləntilərimiz:

  • Təhsil: Marketinq, Biznes və ya müvafiq sahədə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qabiliyyəti, rus və ya ingilis dillərində yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti;
  • İT bilikləri: MS ofis proqramları (MS Excel, MS Word) üzrə əsas biliklər. Analitik alətlər, rəqəmsal marketinq alətləri və platformaları ilə tanışlıq;
  • İş təcrübəsi: Rəqəmsal marketinqdə, əsasən Google Ads və Facebook Ads-lə, ən azı 2 il sübut edilmiş təcrübə;
  • Müvafiq sahə üzrə biliklər: Google Ads və Meta Ads sertifikatları arzuolunandır;
  • Əlavə tələblər: Əvvəlki marketinq kampaniyalarını nümayiş etdirən portfel təqdim edilməlidir.

Son müraciət tarixi 17.02.2024-cü il

 

Zəhmət olmasa, CV-nizi, email-in mövzu hissəsində vəzifənin adını qeyd etməklə e-mail ünvanına göndərin. Yalnız vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün, müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın.

İşəgötürənin reytinqi