Telesatış şöbəsinin müdiri

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 19.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək;
  • Şöbənin daxili normativ sənədlərində qeyd edilən məhsulların satışını və yenilənməsini həyata keçirmək və debitor borcunun ödənilməsinə nəzarət etmək;
  • Satış məqsədilə daxil olan zənglərin cavablandırılması, çıxış zənglərini həyata keçirilməsinə nəzarət;
  • Potensial müştərilərin cəlb edilməsi prosesinə nəzarət;
  • Müvafiq struktur və platformalardan sığorta məhsullarının satışı ilə bağlı daxil olan sorğuların cavablandırılmasına nəzarət;
  • Məhsullar üzrə Yeni lead (potensial müştərilər)-nin sistemə daxil edilməsinə, müştərilərə zənglərin edilməsinə və zəng nəticələrinin Lead Management sisteminə daxil edilməsinə nəzarət;
  • Şöbə ilə Müştərilər arasında kommunikasiyaların məzmununa və səviyyəsinə və Satışdan sonra xidmətin göstərilməsinə (sənədlərlə bağlı dəqiqləşdirmə və müştərilərin digər sorğularınn cavablandırılması) nəzarət;
  • Müxtəlif kanallardan məhsullar ilə bağlı gələn sorğuların cavablandırılmasına nəzarət;
  • Məhsullar üzrə skriptlərin hazırlanması;
  • Əməkdaşların skriptə uyğun olaraq danışıqların aparılmasına nəzərat edilməsi;
  • Büdcələmə prosesində iştirak;
  • Əməliyyat planının hazırlanması və icrası;
  • Şöbənin kadr potensialını inkişaf etdirmək və əməkdaşlar üçün təliminləri təşkil etmək;
  • Şöbə əməkdaşların ƏFG-lərinin təyin olunmasında iştirak etmək və onların icra statusuna nəzarət etmək;
  • Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Satış sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur.
  • Üstünlüklər: Sığorta sektorunda və rəhbər vəzifələrdə təcrübə olanlara üstünlük veriləcəkdir.
  • Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: əla
  • Kompüter bilikləri: MS Office: əla
  • Fərdi keyfiyyət tələbləri:  Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, təsir göstərmə, münasibət yaratma. 


İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi