Sərnişin vaqon bələdçisi

İşin təsviri

İşin təsviri:

  • Vaqonun texniki vəziyyətinə nəzarət edilməsi və yolda sərnişinlərə xidmət göstərilməsi; 
  • Vaqonun daxili avadanlığının çıxarılma inventarının saz vəziyyətdə saxlanılmasına nəzarət edilməsi;
  • Sərnişinlərin təhlükəsiz minmə və düşməsinin təmin edilməsi; 
  • Gediş sənədlərinin əsasında sərnişinlərin vaqonlarda düzgün yerləşdirilməsinə əməl edilməsi;
  • Sərnişinlərin gediş sənədlərinin (biletlərin) yoxlanılması;
  • Əl yüklərinin qoyulmuş qayda və normalara uyğun aparılmasına nəzarət edilməsi; 
  • Sərnişinlərə dayanacaq məntəqələrinin adları haqqında və qatarın dayanma müddətləri barədə xəbərdarlıq edilməsi; 
  • Sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyinə nəzarət edilməsi; 
  • Qatarda hər hansı bir fors-major hal yarandığı zaman dərhal polis əməkdaşına və yaxud dəmir yolunun işçi heyətindən digər aidiyyəti şəxsə məlumatın verilməsi; 

Tələblər:

  • Orta təhsil ;
  • İngilis dili – yaxşı, rus dili – yaxşı ; 
  • Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, keyfiyyətyönümlülük, müştəriyönümlülük kimi funksional keyfiyyət meyarlarına sahib olmalı;
  • Sərnişin vaqonunun bələdçiləri üçün qaydalar üzrə biliklər;
  • Bütün növ gediş sənədləri və əlavə ödəmə qəbzləri üzrə biliklər;
  • Sərnişin qatarlarında təftiş və komissiyaya yoxlama aparmaq hüququ verən sənədlər üzrə biliklər;
  • Sərnişin qatarlarının xidməti hərəkət cədvəlindən istifadə qaydaları üzrə biliklər; Sərnişin vaqonları bələdçisinin təlimatı üzrə biliklər;
  • İlk tibbi (həkimə qədər) yardım göstərilməsi qaydası üzrə biliklər

Əmək şəraiti:

  • İş qrafiki – növbəli;
  • Təminatlar: “Push30” platformasına korporativ üzvlük

Müraciət etmə qaydaları:

  • Uyğun namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
  • Qeyd: Uzun məsafəli marşrutlar üzrə sərnişin daşımalarında bələdçilik  edən, yolda uzun müddət xidmət edə bilən xanım namizədlərə üstünlük veriləcəkdir