İnsan Resursları üzrə kiçik mütəxəssis

  • Civil Lex
  • Elanın qoyulma tarixi: 07.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • ƏMAS elektron sistemində ştat cədvəlinin yaradılması və ləğv edilməsi, işə qəbul, işdən azadolma, əmək haqqı və vəzifə dəyişikliyinin işlənməsi, bu barədə müvafiq sənədləşmənin hazırlanması;
  • İşə qəbul, vəzifə dəyişikliyi, əmək haqqı dəyişikliyi, xitam,məzuniyyət, sosial, avans əmrlərinin hazırlanması və sənədləşdirilməsi;
  • Sosial müavinətlərlə bağlı bütün sənədlərin hazırlanması; 
  • Əmək müqavilələri, əmək müqaviləsinə əlavə, məxfilik və tam maddi məsuliyyət müqavilələrinin hazırlanması;
  • Əmək kitabçalarının açılması və doldurulması;
  • Ştat cədvəllərinin hazırlanması;
  • Akt, protokol, xasiyyətnamə və arayış sənədlərinin hazırlanması;
  • Məzuniyyət qrafiki üzrə işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
  • Aylıq tabel uçotunun aparılması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Kompüter bilikləri: MS Word, MS Excel;
  • Müvafiq sahə üzrə ən azı 6 (altı) ay iş təcrübəsinə sahib olmaq;
  • ƏMAS elektron sistemində işləyə bilmək;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək normaları üzrə digər qanunvericilik aktlarını bilmək;
  • İşgüzar nitq və yazışma qabiliyyəti.

İş şəraiti:

  • İş qrafiki: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Korporativ nömrə.

Müraciət etmək istəyən namizədlər CV formalarını mail ünvanına mövzu hissəsinə “İnsan Resursları üzrə kiçik mütəxəssis” qeyd edərək göndərə bilərlər.

Civil Lex tərəfindən digər vakansiyalar