Kiçik mühasib

  • Civil Lex
  • Elanın qoyulma tarixi: 28.07.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Mühasibatlıq uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Vergi və mühasibat uçotunun aparılması;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabında əks etdirilməsi;
  • Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edilməsi;
  • Debitor və kreditorlarların hər ay izlənilməsi və növbəti ayda üzləşmə aktlarının tərtib olunması;
  • Əmək haqqının, məzuniyyətin, ezamiyyənin, xəstəlik vərəqəsinin hesablanması və ödənilməsi, gəlir və xərclərin idarə olunması;
  • Elektron qaimə-fakturaların portala daxil edilməsi;
  • İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
  • Sorğu və digər araşdırmaları təşkil etmək və aparmaq;
  • Rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək. 

Namizədə tələblər:

  • Təhsil: Ali;
  • Maliyyə və mühasibatlıq sahələri üzrə ən az 6 (altı) ay iş təcrübəsi; 
  • İşgüzar nitq və yazışma qabiliyyəti; 
  • E-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı; 
  • “1C” proqramında işləmək bacarıqları (arzuolunandır);
  • MS Office proqramlarında sərbəst istifadə bacarığı; 
  • Azərbaycan dilini sərbəst bilmək (əlavə dil bilikləri üstünlükdür).  

İş şəraiti:

  • İş günləri: 6 (altı) günlük iş rejimi;
  • İş yeri: Quba rayonu
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Müraciət etmək istəyən namizədlər CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Kiçik mühasib” qeyd edərək göndərə bilərlər.