Aparıcı mühasib

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil edilməsi;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və zamanında əks etdirilməsinin, dövriyyə-qalıq cədvəlindəki bütün hesabların və həmin hesablar üzrə əməliyyatların düzgünlüyünün və səlisliyinin təmin edilməsi;
  • Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edilməsi;
  • Debitor və kreditorlarların hər ay izlənilməsi və növbəti ayda üzləşmə aktlarının tərtib olunması;
  • Əmək haqqının, məzuniyyətin, ezamiyyənin, xəstəlik vərəqəsinin hesablanması və ödənilməsi, gəlir və xərclərin idarə olunması;
  • Beynəlxalq tərəfdaşlarla işləmə təcrübəsi, beynəlxalq ödənişlərin həyata keçirilməsi, ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin tətbiq edilməsi;
  • Hesab faktura və Elektron qaimələrin tərtib olunması və göndərilməsi;
  • Aylıq, rüblük və illik ƏDV, Mənfəət, Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
  • Daxili və xarici audit, vergi yoxlaması və digər yoxlama qurumları tərəfindən təşkil edilən yoxlama və sorğularda iştirak etmək, sorğuların zamanında və düzgün cavablandırılmasının təmin edilməsi;
  • Vergilərin və digər icbari hesabatların zamanında və düzgün hazırlanması və təqdim edilməsi, həmçinin müvafiq ödənişlərin hesablanmasının və ödənilməsinin həyata keçirilməsi;
  • Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarının və açıqlamalarının düzgün və zamanında formalaşdırılması və təmin edilməsi;
  • Vergi qanunvericiliyi və tətbiqi ilə bağlı yarana biləcək risklərlə əlaqədar əvvəlcədən məlumat verilməsi və tədbirlərin görülməsi;
  • Gömrük bəyannamələri ilə işlənilməsi;
  • Müxtəlif daxili hesabatların hazırlanması və təqdim olunması;
  • Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icra edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür);
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı; 
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsinə sahib olmaq;
  • E-gov.az, .e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;
  • 1C və digər növ CRM proqramları ilə işləmə bacarığı;
  • Azərbaycan, ingilis və rus dillərini bilmək;
  • Mühasibatlıqla bağlı AR qanunvericiliyi, Vergi məcəlləsini bilmək;
  • Peşəkar Mühasib Sertifikatına malik olmaq (üstünlükdür);
  • Komanda ilə işləmək bacarığı;
  • İşgüzar nitq və yazışma qabiliyyəti.

İş şəraiti:

  • İş qrafiki: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Korporativ nömrə;
  • İş yeri: Azure Biznes Mərkəzi.
  • Əmək haqqı: müsahibə əsasında təyin olunur.

Müraciət etmək istəyən namizədlər CV formalarını mail ünvanına mövzu hissəsinə “Aparıcı Mühasib” qeyd edərək göndərə bilərlər.

Civil Lex tərəfindən digər vakansiyalar