Satınalma üzrə aparıcı mütəxəssis

İşin təsviri

İşin təsviri:

  • Təşkilatın kəmiyyət və keyfiyyət gözləntilərinə cavab verən mal və ya xidmətlərin satınalınması;
  • Biznesin satınalma ehtiyaclarının təhlili və konsolidasiyası;
  • Müxtəlif satınalma metodlarını tətbiq etməklə bazar araşdırmalarının aparılması;
  • Ən aşağı TCO-ya (Sahibliyin ümumi dəyəri) malik potensial təchizatçıların müəyyən edilməsi;
  • Təchizatçının ilkin kvalifikasiyasının aparılması;
  • Təchizatçılarla müqavilə şərtlərinin razılaşdırılması;
  • Alınan qiymət təkliflərinin və digər şərtlərin təhlili;
  • Müqavilə cədvəllərinin hazırlanması;
  • Müəyyən satınalma metodlarının cəlb edildiyi sənədləşmələrin aparılması;
  • Satınalma kateqoriyasının xüsusiyyətlərinə uyğun olaraq satınalma strategiyasının təhlili və işlənib hazırlanması;
  • Rəhbərliyin verdiyi digər tapşırıqlar.

Tələblər:

  • Ali təhsil ;
  • İngilis dili – sərbəst, rus dili – sərbəst ; 
  • MS Office –sərbəst;
  • Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, keyfiyyətyönümlülük, diqqətlilik kimi funksional keyfiyyət meyarlarına sahib olmalı;
  • Dövlət satınalmaları haqqında qanun;
  • İncoterms şərtləri üzrə biliklər.

Əmək şəraiti:

  • İş qrafiki – 5 günlük  09:00-18:00;
  • Təminatlar: “Push30” platformasına korporativ üzvlük

Müraciət etmə qaydaları:

  • Uyğun namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
  • Son müraciət tarixi : 13.01.2024  ( Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır)