İşin təsviri
İş yeri: Qaradağda yerləşən Zavod Ofisi.
Tələblər:
- Ali təhsil
- Əlaqədər sahədə 1 il iş təcrübəsi və ya təcrübə proqramlarında iştirak
- İngilis dilində yaxşı səviyyədə danışıq və yazı bacarıqları
- MS Office proqramları, xüsusilə də MS Excel proqramı üzrə yüksək səviyyəli biliklərə malik olmaq
- E-təchizat alətində sorğular üzrə təcrübə arzuolunandır
- SAP üzrə biliklər arzuolunandır
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Davamlı inkişaf
- Bütövlük
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
- Komandada işləmək bacarığı
Vəzifə və Öhdəliklər:
- Təchizat və logistika departamentinə daxil olan bütün sənədləri yoxlamaq, müqavilələrin sistemə vaxtında yüklənməsinə və müqavilələrin bitmə müddətinə nəzarət etmək,
- SAP-də yeni təchizatçı yaradılması prosesinə nəzarət etmək,
- Təchizat və logistika şöbəsinə aid bütün sənədləri düzgün şəkildə qovluqlarda toplamaq və arxivləşdirmək,
- Təchizatçıların ilkin qiymətləndirməsinə və dəyərləndirilməsinə nəzarət etmək,
- Təchizat və logistika şöbəsinə aid iclaslarda iştirak edib iclas protokollarını hazırlamaq və müzakirə olunan məsələlərin icrasını təqib etmək,
- Dövr sənədlərinin vaxtında və tam şəkildə mühasibatlıq şöbəsinə təqdim olunmasına nəzarət etmək,
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
Son Müraciət Tarixi: 08.01.2024