SƏTƏM Mütəxəssisi

  • AZCD Group QSC
  • Elanın qoyulma tarixi: 27.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
  • Ərazidəki işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
  • İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
  • İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək; 
  • İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
  • Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar  keçirmək;
  • Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili tədrislər keçirmək;
  • Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
  • İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
  • Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət;
  • Ərazidə Sağlamlıq və Əməyin Təhlükəsizliyi Sisteminin qurulması və işlək vəziyyətdə saxlanılması;
  • SƏTƏM üzrə düzəldici və ya qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət;
  • Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi

Tələblər:

  • Təhsil: Ali təhsil
  • Təcrübə: SƏTƏM üzrə 1-2 il iş təcrübəsi (Tikinti sahəsində təcrübə üstünlükdür)
  • Dil biliyi: İngilis dili və rus dili yaxşı səviyyədə 

İş şərtləri:  

  • İş qrafiki: Tam iş günü (6 gün);  
  • İş yeri (Binəqədi rayonu) 
  • İş saatları: 09:00-18:00;
  • Əmək haqqı: 900-1000AZN (net)
  • Könüllü tibbi sığorta  

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “SƏTƏM Binəqədi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.