İşin təsviri
Vəzifə öhdəlikləri:
- Klinikanın əməyin mühafizəsi sisteminin təşkil edilməsi və nəzarətinin təmin olunması;
- Əməyin mühafizəsi təhlükəsizliyi üzrə giriş və təkrar təlimatların keçirilməsi;
- İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak və müvafiq sənədlərin hazırlanması;
- Əməyin mühafizəsi üzrə daxili normativ sənədlərin hazırlanması;
- İş şəraitinə və fərdi mühafizə vasitələrinin istifadəsinə nəzarət;
- Nəzarət orqanları ilə əməkdaşlıq;
- İşçilərin əməyin mühafizəsi üzrə təlim və attestasiyasının təşkili.
Tələblər:
- Orta ixtisas və ya ali təhsil (arzuolunandır: əməyin mühafizəsi, texniki təhlükəsizlik və s. sahələr üzrə);
- Əməyin mühafizəsi sahəsində azı 1 il iş təcrübəsi;
- Əməyin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyini bilmək;
- Kompüter bacarıqları (Word, Excel və s.);
- Məsuliyyətlilik, diqqətlilik və sənədlərlə işləmə bacarığı.
Biz təklif edirik:
- Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul;
- Sabit əmək haqqı 800–1200 AZN
- Müasir klinikada mehriban kollektivlə iş;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.