İşin təsviri
İş şərtləri:
- İş yeri: Daşkəsən rayonu (İş yerinə yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcək)
- İş qrafiki: 5/2
- Servis xidməti
- Nahar şirkət tərəfindən təmin olunur.
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları
Vəzifə öhdəlikləri:
- SƏTƏMM üzrə şöbə rəhbərinə gündəlik fəaliyyətlərdə və planlaşdırılmış əməliyyatlarda dəstək göstərmək
- “Sıfır qəza” məqsədinə nail olmaq üçün təhlükəsizlik mədəniyyətinin təşviqi, işçi heyətinin maarifləndirilməsi və əməliyyat ərazilərində təhlükəsizliyin təmin edilməsində aktiv iştirak etmək.
- Subpodratçılar və şirkət işçilərinin əməyin təhlükəsizliyi tələblərinə uyğun fəaliyyətini izləmək və yoxlamalarda iştirak etmək.
- Gündəlik və həftəlik iş öncəsi, hadisə sonrası və alət təhlükəsizliyi brifinqləri təşkil etmək və bu proseslərdə rəhbərə dəstək göstərmək.
- Qəza və hadisələrin araşdırılmasında komissiyaya dəstək olmaq, faktların toplanması və ilkin hesabatların hazırlanmasını təmin etmək.
- Peşə sağlamlığı və əməyin təhlükəsizliyi göstəricilərinin davamlı təkmilləşdirilməsinə və təhlilinə yönəlik fəaliyyətlərdə iştirak etmək.
- İşçi heyətinə təhlükəsizlik qaydaları, Fərdi Mühafizə Vasitələrinin istifadəsi fövqəladə hallar üzrə davranış və yanğın təhlükəsizliyi barədə praktiki təlimlər keçmək.
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili - əla, ingilis dili (arzuolunandır)
- Sertifikatlar
Müraciət etmək üçün cv-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.