İnsan Resursları Departamentinin Meneceri

  • SMTS
  • Elanın qoyulma tarixi: 22.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan Təhsil və təcrübə:

  • İqtisadiyyat, Menecment və ya İnsan Resursları sahələri üzrə Ali təhsil;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • İnsan resursları üzrə menecer olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən azı 3-5 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
  • CIPD, SHRM və ya digər İR üzrə sertifikatlara sahib olmaq üstünlükdür.

Tələb olunan Kompüter bilikləri:

  • Microsoft Office (Word, Excel, Outlook) - əla səviyyədə;
  • ERP - yaxşı səviyyədə;
  • MS Visio - əla səviyyədə.

Tələb olunan dil bilikləri:

  • Azərbaycan dili - əla səviyyədə;
  • İngilis dili - əla səviyyədə;
  • Rus dili – orta səviyyədə.

Tələb olunan Bacarıqlar:

  • İnsan Resursları standartlarının, İnsan Resurslarının idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s.) tərtibi və onun icrasına nəzarət etmək;
  • Şirkət üzrə yüksək səviyyəli mütəxəssislərin cəlb etmək üçün effektiv işə götürmə strategiyaları və proseslərin hazırlanması, həyata keçirilməsi və inkişaf etdirilməsi;
  • Mütəxəssislərin cəlb edilməsi üzrə tam dövrlü prosesinin idarə edilməsi: tələbin planlaşdırılması, iş təsvirlərinin tərtib edilməsi, axtarış, işə cəlb etmə, seçim, müsahibə, iş təkliflərinin idarə edilməsi;
  • Yeni işçilərin aktiv şəkildə axtarılması və iş müsahibələrinin düzgün təşkilini həyata keçirərək uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə cəlb edilməsi;
  • Yeni işçilərin işə qəbulu və onların uyğunlaşması proqramlarının idarə edilməsi;
  • İşçilərin fəaliyyətinin ədalətli və obyektiv qiymətləndirilməsini təmin etmək üçün fəaliyyətin idarə edilməsi – performans qiymətləndirmə sisteminin və performans qiymətləndirmə metodlarının tətbiqi, iş yükü analizi, işçi ehtiyacının / optimal işçi sayının hesablanması, təlim ehtiyaclarının müəyyən edilməsi;
  • Öyrənmə və inkişaf prosesini müəyyən etmək, onu planlaşdırmaq, həyata keçirmək və ölçmək üçün müvafiq sistemlərin tətbiqi;
  • Bütün işçi qərarlarla bağlı, o cümlədən yüksəlmələr, transferlər, təzminat tənzimləmələri və s. üzrə məsləhətlərin verilməsi;
  • Əmək motivasiyası və kadr qiymətləndirmə sisteminin tətbiqi, motivasiyalı iş mühitinin formalaşdırılması, motivasiya layihəsinin tətbiqi, stimullaşdırma sistemlərinin tətbiqi, maddi və qeyri-maddi mükafatlandırma sisteminin qurulması;
  • Liderlik;
  • Dürüst və məsuliyyətli;
  • Vaxtın düzgün idarə olunması.
  • Güclü ünsiyyət bacarıqları (şifahi/yazılı).
  • Güclü analitik bacarıqları;
  • Problemlərin və münaqişələrin həlli;
  • Operativlik;
  • Müfəssəl cədvəllər, diaqramlar və təqdimatlar hazırlamaq bacarığı.

Digər şərtlər:

  • Əmək haqqı: NETT olaraq 2200 - 2700 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
  • İş rejimi: 5 günlük iş həftəsi;
  • İş yeri: Bakı şəhəri.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə elektron ünvanına mövzu yerinə “İnsan Resursları Departamentinin Meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.