Layihə Meneceri

  • SMTS
  • Elanın qoyulma tarixi: 01.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan Təhsil və təcrübə:

  • Təhsil – İstehsalatın İdarə olunması ixtisası üzrə Türkiyə, Avropa, ABŞ universitetlərində ali təhsil. Azərbaycanda Xəzər universiteti ve Qafqaz universiteti (2017-ci ilə qədər bitirənlər) bitirənlərə üstünlük verilir.
  • İş Stajı - Ən azı 3 il davamlı olaraq İSO standartlarına uyğun işini təşkil edən, Beynəlxalq layihələrdə Baş Podratçı olan bir İnşaat Şirkətində Layihə Meneceri olaraq peşəkar iş təcrübəsinin olması;
  • Sertifikat – Akkreditasiyası olan beynəlxalq şirkətdən PMP sertifikatı.

Tələb olunan Kompüter bilikləri:

  • Microsoft Office - Word, Excel, PowerPoint, Outlook ve s.-də sərbəst işləməyi bacarmalıdır. Fikirlərini Azərbaycan ve İngilis dilində sərbəst ifadə edə bilməlidir. Dilin qrammatik qaydalarına əməl etməklə fikirlərini ifadə edə bilməli. İşində fikirlərini ve tələblərini şifahi ifadə etməklə yanaşı, paralel olaraq elektron ortamda aparmağa meyilli olmalı. Fikir ve tələblərini izah edəndə müxtəlif dioqramlar, slaydlar, cədvəllər, cizgilər və s ilə daha dolğun ifadə etməyi bacarmalıdır.
  • Primavera – proqramda işləyərək əlavələr etmək ve reviziya aparmağı bacarmalı. Tikinti Quraşdırma İşlərinin texnologiyasını bilməli, bilmədiyi TQİ ilə bağlı bilikləri əldə etməli olduğu mənbəni bilməli, araşdırma aparmaq qabiliyyəti olmalıdır. Bu xüsusiyyətləri bilərək İş qarfikində sərbəst revizələr etməyi, planlama işi ilə bağlı lazımi istiqamətləri müəyyən etmək bacarığı olmalıdır.
  • AutoCAD ve Archıcad – ən azı 2D formatda orta səviyyədə işləmək bacarığı.

Tələb olunan dil bilikləri:

  • Azərbaycan dili - əla səviyyədə;
  • İngilis dili - əla səviyyədə (IELTS sertifikatı);
  • Rus dili - yaxşı səviyyədə.

Tələb olunan Bacarıqlar:

  • Material, Avadanlıq və s. tədarükü və Tikinti Quraşdırma İşlərinin qrafikinin hazırlanmasını təşkil etməyi bacarmalıdır.
  • İş qrafıkınə uyğun layihənin idarə olunmasını təşkil etməyi bacarmalıdır.
  • İnşaat layihəsinin mobilizasiyasından inşaat obyektinin dövlət qurumlarına istismarınadək bütün proseslərin sistematik və ardıcıl izlənilməsi, tikinti öncəsi (PRE), tikinti dövrü (CON) və tikinti sonrası (POST) ana proseslərin təşkili ilə bağlı koordinasiyanı həyata keçirmək.
  • Subpodratçıların işlərinin əlaqələndirilməsini təmin etməyi bacarmalıdır.
  • İş qrafikinin icrasına nəzarət mexanizmi quraraq vaxtaşırı işlərin icra durumunun müəyyən edilməsini təmin etməyi bacarmalıdır.
  • Toplantıların aparılmasını icra etmək, bunun üçün müvafıq aratorluq qabiliyyətinə malik olmalıdır.
  • Şirkətin prosedurlarını öyrənmək, işləri bu prosedur qaydalarına uyğun təşkil etmək əzmində olmalıdır.
  • İdarəetmədə inzibatçılığa deyil prosedurlara uyğun şəffaf formada idarə etmək bacarığına malik olmalıdır.
  • İşini Kağız ve elektron Sənəd dövriyyəsi, kodlaşma ve s tələblə uyğun qurmağı bacarmalıdır.

Digər şərtlər:

  • Əmək haqqı: NETT olaraq 5500 – 8500 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
  • İş rejimi: 6 günlük iş həftəsi;
  • İş yeri: Bakı şəhəri, H. Əliyev pr. 109 ünvanında İnşa olunan 50 Mərtəbəli “Baku Tower” İş mərkəzi.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə elektron ünvanına mövzu yerinə “Layihə Meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.