Baş mexanik

  • SMTS
  • Elanın qoyulma tarixi: 01.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan Təhsil və təcrübə:

  • Təhsil – Maşın-Mexanizmin İdarə olunması ixtisası üzrə Türkiyə, Avropa, ABŞ universitetlərində ali təhsil alanlara, Azərbaycanda Xəzər unversteti və Qafqaz unverstetini (2017-ci ilə qədər bitirənlər) bitirənlərə üstünlük verilir.
  • İş Stajı - Ən azı 3 il davamlı olaraq İSO standartlarına uyğun işini təşkil edən Şirkətində Baş Mexannik olaraq peşəkar iş təcrübəsinin olması;
  • Sertifikat – Akkreditasiyası olan beynəlxalq şirkətlərdən ixtisasına uyğun sertifikatları olanlara üstünlük veriləcəkdir.

Tələb olunan Kompüter bilikləri:

  • Microsoft Office - Word, Excel, PowerPoint, Outlook ve s.-də sərbəst işləməyi bacarmalıdır. Fikirlərini Azərbaycan ve İngilis dilində sərbəst ifadə edə bilməlidir. Dilin qrammatik qaydalarına əməl etməklə fikirlərini ifadə edə bilməli. İşində fikirlərini ve tələblərini şifahi ifadə etməklə yanaşı, paralel olaraq elektron ortamda aparmağa meyilli olmalı. Fikir ve tələblərini izah edəndə müxtəlif dioqramlar, slaydlar, cədvəllər, cizgilər və s ilə daha dolğun ifadə etməyi bacarmalıdır.
  • AutoCAD – ən azı 2D formatda orta səviyyədə işləmək bacarığı.

Tələb olunan dil bilikləri:

  • Azərbaycan dili - əla səviyyədə;
  • İngilis dili - əla səviyyədə;
  • Rus dili - yaxşı səviyyədə.

Tələb olunan Bacarıqlar:

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir;
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir;
  • Texniki servis, təmir və texniki nəzarətin planlaşdırılmasına aid cədvəllərin hazırlanması, tətbiqi və normativlərə riayət etmək, yerinə yetirilmiş təmir işlərinin hesabatının hazırlanmasına rəhbərlik edir;
  • Defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu; təlimatların tərtib edilmə qaydasını; avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını;
  • İnşaat layihələrinə ehtiyac olan uyğun nəqliyyat vasitələri, texnika və avadanlıqlar üzrə araşdırma aparılması, onların tələblərə uyğun texniki şərtlərinin və sənədlərinin yoxlanılması, istismarına rəyin verilməsi;
  • Müəssisənin balansında olan nəqliyyat vasitələri, texnika və texnikaların dövlət qeydiyyatı, icbari sığorta şəhadətnaməsinin təmin olunması, texniki baxışdan keçirilməsi, yükdaşıma fəaliyyətini təmin edən nəqliyyat vasitələrinə fərqlənmə nişanlarının alınması işini nəzarətdə saxlamaq və zəruriliyi barədə abaqcadan məlumat vermək;
  • Subpodratçı şirkətlər tərəfindən inşaat layihələrinə cəlb edilmiş maşın, mexanizm və avadanlıqlar texniki cəhətdən sazlığına, təhlükəsizlik qaydalarına uyğunluğuna, müvafiq texniki sənədlərlə təmin edilməsinə nəzarət etmək.

Digər şərtlər:

  • Əmək haqqı: NETT olaraq 2000 – 3500 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
  • İş rejimi: 6 günlük iş həftəsi;
  • İş yeri: Bakı şəhəri;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə elektron ünvanına mövzu yerinə “Baş Mexanik” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.