İnşaat Meneceri

  • SMTS
  • Elanın qoyulma tarixi: 01.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan Təhsil və təcrübə:

  • Təhsil – Sənaye və Mülki Tikinti ixtisası üzrə Türkiyə, Avropa, ABŞ universitetlərində ali təhsil alanlara, Azərbaycanda Xəzər unversteti və Qafqaz unverstetini (2017-ci ilə qədər bitirənlər) bitirənlərə üstünlük verilir.
  • İş Stajı - Ən azı 3 il davamlı olaraq İSO standartlarına uyğun işini təşkil edən, Beynəlxalq layihələrdə Baş Podratçı olan bir İnşaat Şirkətində İnşaat Meneceri olaraq peşəkar iş təcrübəsinin olması;
  • Sertifikat – Akreditasiyası olan beynelxalq şirkətlərdən ixtisasına uyğun setifikatları olanlara əlavə üstünlük veriləcəkdir.

Tələb olunan Kompüter bilikləri:

  • Microsoft Office - Word, Excel, PowerPoint, Outlook ve s.-də sərbəst işləməyi bacarmalıdır. Fikirlərini Azərbaycan ve İngilis dilində sərbəst ifadə edə bilməlidir. Dilin qrammatik qaydalarına əməl etməklə fikirlərini ifadə edə bilməli. İşində fikirlərini və tələblərini şifahi ifadə etməklə yanaşı, paralel olaraq elektron ortamda aparmağa meyilli olmalı. Fikir ve tələblərini izah edəndə müxtəlif dioqramlar, slaydlar, cədvəllər, cizgilər və s ilə daha dolğun ifadə etməyi bacarmalıdır.
  • Primavera – proqramda işləyərək əlavələr etmək ve reviziya aparmağı bacarmalı. Tikinti Quraşdırma İşlərinin texnologiyasını bilməli, bilmədiyi TQİ ilə bağlı bilikləri əldə etməli olduğu mənbəni bilməli, araşdırma aparmaq qabiliyyəti olmalıdır. Bu xüsusiyyətləri bilərək İş qarfikində sərbəst revizələr etməyi, planlama işi ilə bağlı lazımi istiqamətləri müəyyən etmək bacarığı olmalıdır.
  • AutoCAD ve ArchiCad – yüksək səviyyədə işləməyi bacarmalı.

Tələb olunan dil bilikləri:

  • Azərbaycan dili - əla səviyyədə;
  • İngilis dili - əla səviyyədə (IELTS sertifikatı);
  • Rus dili - yaxşı səviyyədə.

Tələb olunan Bacarıqlar:

  • Sifarişçi tərəfindən təqdim olunan İşçi layihələri araşdırıb uyğunsuzluqları müəyyən etmək və layihəçisi (Sifarişçinin ) ilə, öz layihə qrupu arasında əlaqələr quraraq, normal iş mühiti yaradaraq mükəmməl işçi layihələrin əldə olunmasını təmin etməyi bacarmalı.
  • Sifarişçinin İşçi Layihələri əsasında Detallı İşçi Layihələr (Shop drawing ) və iş həcmləri əldə olunmsı üçün özünün layihə qrupuna tapşırıqlar verməyi və nəticədə Tikinti Quraşdıma İşlərini (TQİ) planlı şəkildə icra etmək üçün tələb olunan mükəmməl Detallı İşçi Layihələrin əldə olunmasını təmin etməyi bacarmalı.
  • Detallı İşçi Layihələr və iş həcmləri əsasında ilkin İş Qrafikini yenidən işləmək üçün Planlama Qrupuna tapşırıqlar verməli və daha mükəmməl, Sifarişçinin tələblərinə uyğun İş Qrafikinin hazırlanmasının təşkil etməyi bacarmalı.
  • İş Qrafikinə uyğun material, avadanlıq və s. O cümlədən xidmətlərin sifarişlərinin verilməsinin təşkili və ümumilikdə TQİ nin İş qrafikinə uyğun keyfiyyətli, təhlükəsiz və ətraf mühitin qorunması çərçivəsində təşkil olunmsını bacarmalı.
  • İş qrafikinə uyğun icazələrin (work permit) alınmasını planlamalı, subpodratçıların icazə sənədlərinə nəzarət etməlidir.
  • Maddi məsul şəxs olaraq material, avadanlıq, invertar və s. sərfiyyatının Tikinti norma və qaydalarına uyğun olmasını təmin etməyi bacarmalı.
  • Ayda bir dəfə hesabında olan material, avadanlıq, invertar və s. İcra edilən TQİ nin həcminə və Tikinti norma və qaydalarının tələblərinə uyğun sərfiyyatı və qalığı ilə bağlı hesabat verməyi bacarmalı.
  • Şirkətin prosedurlarını öyrənmək, işləri bu prosedur qaydalarına uyğun təşkil etmək əzmində olmalı.
  • İdarəetmədə inzibatçılığa deyil prosedurlara uyğun şəffaf formada idarə etmək bacarığına malik olmalı.
  • İşini Kağız ve elektron Sənəd dövriyyəsi, kodlaşma ve s tələblə uyğun qurmağı bacarmalı.

Digər şərtlər:

  • Əmək haqqı: NETT olaraq 4500 – 7500 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
  • İş rejimi: 6 günlük iş həftəsi;
  • İş yeri: Bakı şəhəri, H. Əliyev pr. 109 ünvanında İnşa olunan 50 Mərtəbəli “Baku Tower” İş mərkəzi.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə elektron ünvanına mövzu yerinə “İnşaat Meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.