İnsan resursları mütəxəssisi

İşin təsviri

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi, 09:00-18:00
  • Əmək haqqı: 600-700 AZN
  • Nahar şirkət tərəfindən verilir.
  • CV-nizi email ünvanına göndərin.

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi və bu kimi digər rəsmiləşmə işlərinin aparılması
  • Qanunvericiliyin tələblərinə uyğun bütün əmrlərin hazırlanması
  • İşçilərə bank kartlarının verilməsi və yenilənməsi
  • Əmək haqqı tabelinin hazırlanması
  • Arayış, xasiyyətnamə və digər sənədlərin hazırlanması
  • İşçilərin şəxsi işlərinin tərtib edilməsi
  • Şirkət daxili prosedur və qaydaların hazırlanması
  • Tabel uçotunun aparılması
  • Namizədlər bazasının yaradılması
  • Kadrların ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsi
  • Vəzifə təlimatlarının hazırlanması
  • Əmək məzuniyyəti qrafikinin tərtib edilməsi
  • İşçilərin davamiyyətinə və iş qrafiklərinə nəzarət edilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması
  • İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi
  • İnsan Resursları üzrə cari və perspektiv planların hazırlanması
  • Təlim zəruriyyətinin aşkarlanması və təlim planının hazırlanması və inkişafetdirici tədris təşəbbüslərinin koordinasiya olunması, xidməti fəaliyyətin qiymətləndirilməsi (KPİ) prosesinin təşkil edilməsi və həyata keçirilməsi;
  • Daxili nizam-intizama nəzarət edilməsi;
  • Kadr sənəd dövriyyəsinin aparılmasına nəzarətin təşkil edilməsi;
  • Birbaşa rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil
  • Əmək qanunvericiliyini bilmək
  • Elektron Hökümət Portalı ilə işləmək təcrübəsi
  • Kompüter bilikləri: Ms-Office proqramları, 1C
  • İnsan resursları sahəsində 3 ildən artıq iş təcrübəsi
  • Məsuliyyətlilik
  • Diqqətlilik
  • Ünsiyyətcil olmalıdır
  • Analitik bacarıq.

Əlaqə nömrəsi: 0707030439

Almond Cake and Bakery tərəfindən digər vakansiyalar