İnsan resursları üzrə mütəxəssis

  • Foriella
  • Elanın qoyulma tarixi: 18.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Balaxanı Sənaye Parkı Sahə 1

Elanın son tarixi: 18.01.2024

Vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı;
  • Arayışların və xəstəlik vərəqələrinin hazırlanması və qeydiyyatı;
  • Əmrlərin (qərarların) hazırlanması 
  • Əmək kitabçalarında qeydlərin aparılması;
  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı bildirişlərin ƏMAS-a daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi və ezamiyyə vəsiqələrinin hazırlanması;
  • Əmək haqqı kartlarının sifarişinin verilməsi;
  • İşçilərin şəxsi işlərinin tərtib edilməsi
  • Əmək haqqı tabelinin hazırlanması
  • Əmək məzuniyyəti qrafikinin tərtib edilməsi
  • ƏMAS, İSB,  və Məşğulluq dövlət orqanları ilə işləməyi bilməli

Tələblər:

  • Ali təhsil (İR üzrə, iqtisadiyyat və ya menecment);
  • AR Əmək Məcəlləsini, əmək qanunvericiliyni bilməli
  • MS Office proqramlarını bilməli
  • İnsan Resursları üzrə minimum 2 il iş təcrübəsi;
  • Məsuliyyətlilik
  • Diqqətlilik
  • Ünsiyyətcil olmalıdır
  • Stressə davamlılıq

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • 6 günlük iş qrafiki 09:00 – 18:00 
  • Əmək haqqı müsahibə əsasında 

Zəhmət olmasa, CV-nizi mövzu yerində “İnsan resursları üzrə mütəxəssis ” vəzifəsini qeyd etməklə elektron poçtuna göndərin.