Satışa dəstək üzrə mühəndis

  • PASHA Technology
  • Elanın qoyulma tarixi: 06.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Əsas öhdəliklər:

  • Bulud hesablama texnologiyalarını, o,  cümlədən İnfrastruktur xidmət kimi (IaaS), Platforma xidmət kimi (PaaS)  və Proqram təminatı xidmət kimi (SaaS) istiqamətləri üzrə eləcə də bulud xidmətləri sahəsində yeni məhsullar və ümumi sənaye tendensiyaları haqqında daim araşdırmalaraparmaq.
  • Müştərilərin biznes həllərini və bulud xidməti tələblərini başa düşmək üçün onlarla daim əlaqədə olmaq;
  • Bulud həllərinin dəyər təklifini müştərilərə müvafiq qaydada kommunikasiya etmək;
  • Bulud xidmətlərinin imkanlarını və üstünlüklərini nümayiş etdirmək üçün cəlbedici demoların təşkili;
  • Müştərilərlə əməkdaşlıq edərək praktiki konsept isbatları üçün həllər hazırlamaq; 
  • Bulud xidmətləri üçün hərtərəfli təkliflər və qiymət strukturlarını hazırlamaq üçün komanda    üzvləri ilə sıx əməkdaşlıq etmək; 
  • Təkliflərin müştəri ehtiyaclarına və sənayenin qabaqcıl təcrübələrinə uyğun olmasını təmin etmək;
  • Bulud xidmətlərinin təkmilləşdirilməsi məqsədilə konstruktiv əks-əlaqələrin yaradılması;
  • Satınalma prosesində müştərilərdə yaranan texniki problemlərin və sualların aradan qaldırılması;
  • Yaranan problemlərin operativ şəkildə aradan qaldırılması üçün texniki dəstək komadnası ilə əməkdaşlıq etmək. 
  • Məhsulun tətbiqi prosesində lazım gəldikdə müştərilərə texniki dəstək göstərmək;  
  • Davamlı müştəri məmnuniyyətini təmin etmək məqsədi ilə müştərilər və texniki dəstək əməkdaşları arasında əlaqələndirici şəxs rolunu oynamaq; 
  • Bulud xidmətləri sahəsində olan yenilikləri və tendensiyaları öyrənmək üçün dərin bazar araşdırmaları aparmaq;

Tələb olunan bilik və bacarıqlar:                 

Təhsil:

  • Texniki, kompüter elmləri, informasiya texnologiyaları və  əlaqəli istiqamətlər üzrə  ali təhsil.
  • Əsas bulud platformalar (məs., AWS, Azure, Google Cloud) haqqında dərin bilik sahibi olmaq. 
  • Mükəmməl ünsiyyət və təqdimat bacarığları olmalıdır.
  • Güclü müştəri əlaqələri qurmaq və saxlamaq bacarığı olmalıdır.

Tələb olunan bilik, bacarıqlar və təcrübə:

  • Texniki Dəstək, Satış və müştəri xidməti, bulud xidmətləri istiqamətində 3 il iş təcrübəsi. 
  • İnsanlarla ünsiyyət qurmağa meylli, ünsiyyətcil.
  • Azərbaycan, Rus və İngilis dilində səlis danışıq;
  • Bulud xidməti platforması təcrübəsi;
  • Bulud modelləri, Bulud məhsulları və Bulud məlumat təhlükəsizliyi barədə biliklərə sahib olmaq;
  • Məlumatların təhlili bacarıqları;
  • Bazar araşdırması bacarıqları;
  •  DATA Mərkəz mühitində və Tier standartları barədə biliklər;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Təşəbbüskar olmaq;
  • Təqdimat bacarıqları;
  • Vaxtın və stressin effektiv idarə olunması bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşünmə tərzi;
  • Telefon vasitəsilə effektiv ünsiyyətin qurulması və dinləmək bacarığı;  
  • Müştəri yönümlülük;

Son müraciət tarixi: 20 dekabr 2023-cü il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni e-mail ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.