Satınalmalar üzrə menecer

İşin təsviri

Əsas funksiyalar:

  • Elektron satınalmalar portalında və dövlət qəzetlərində satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi;
  • İxtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanması və onlara dəvət məktublarının göndərilməsi;
  • Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi;
  • Tenderin nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsi və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılması;
  • Tenderin nəticəsi ilə bağlı bildirişin və  müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsinin təmin edilməsi və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsi;
  • Tender komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması;
  • Satınalma müqavilələrinin hazırlanması,təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması;
  • Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması;
  • Dövlət satınalmaları haqqında qanunun tələbləri nəzərə alınmaqla il ərzində eyni kateqoriyadan olan malların (işlərin və xidmətlərin) ayrı-ayrı müqavilələrə bölünməməsinə nəzarət etmək;
  • Həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatların hazırlanması;
  • Xərclərin azaldılması məqsədilə təkliflər vermək;
  • Büdcə layihəsinin hazırlanmasında iştirak etmək;
  • Departamentin fəaliyyəti üzrə bölmə rəhbərinin və Daimi Tender Komissiyası sədrinin digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Ali təhsil. 
  • Dövlət satınalamaları üzrə  2 il iş stajı, satınalamalar üzrə ümumi iş stajı 3 il (Dövlət qurumunda müvafiq sahə üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir);
  • Dövlət satınalmaları prosedurunun həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi;
  • Şifahi və yazılı ünsiyyət bacarığı (Azərbaycan dili -əla səviyyədə, İngilis dili-orta səviyyədə);
  • MS Office proqramları (əla səviyyədə);
  • Mövcud avtomatlaşdırılmış informasiya sistemlərində işləmək bacarığı;
  • Operativlik,dəqiqlik, nəticə yönümlülük;
  • Problemləri həll etmə, analitik düşünmə, təqdimat və komanda ilə işləmə bacarığı.

İş qrafiki:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 12 dekabr 2023-cü il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Satınalmalar üzrə menecer” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.