Çağrı mərkəzinin operatoru

  • Pizza Mizza
  • Elanın qoyulma tarixi: 20.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Tam orta təhsil
  • Müvafiq sahədə minimum 1 il təcrübə arzuolunandır
  • Bakı şəhər üzrə əraziləri tanımalıdır
  • Naviqasiya proqramlarından istifadə etmək bacarığı olmalıdır
  • Dil bilikləri: mütləq səlis azərbaycan dili və rus dili səlis danışıq 
  • Yaş 20-35
  • Komandada işləmək bacarığı
  • Punktual, məsuliyyətli, detallara diqqətli

Vəzifələr:

  • Danışıq etikasına əsasən, daxil olan zənglərin cavablandırılması
  • Müştərilərdən daxil olan sifarişlərin düzgün qəbul edilməsi və yönləndirilməsi
  • Zəruri olduğu halda zəng vasitəsilə sorğuların icra olunması
  • WhatsApp və onlayn sayt üzərindən sifarişlərin qəbul edilməsi
  • Müştərilərdən daxil olan təklif və şikayətlərin qəbul edilib, müvafiq şöbəyə yönləndirilməsi
  • Çağrı Mərkəzi vasitəsilə satışları həyata keçirmək
  • Müştərilərə məhsul/endirim/aksiya/yeni açılmış filiallar barədə dəqiq və ətraflı məlumatın təqdim edilməsi
  • Tələb olunan hesabatların tərtib olunması
  • Müştəri məmnuniyyəti üçün çalışmaq

İş şəraiti:

  • İş vaxtı qrafikə əsasən
  • Əmək haqqı 500 azn və nahar pulu

Maraqlananlar CV-lərini “Çağrı mərkəzinin operatoru” başlığı altında elektron ünvanına göndərə bilərlər.