Ticari marketinq üzrə aparıcı mütəxəssis

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 26.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları:

  • Ticari marketinq strategiyalarının həyata keçirilməsinə, kampaniyaların, tanıtımların izlənilməsinə dəstək göstərmək;
  • Azərbaycan bazarına yönəlmiş məhsul kateqoriyalarında və bazarda formalaşan yeni məhsul kateqoriyalarında müəyyən edilmiş biznes hədəflərinə nail olmaq məqsədilə Ticari marketinq strategiyasının inkişafı üçün planlamada iştirak etmək;
  • Ərazi ziyarətləri, POS (satış nöqtəsi) üzrə rəqiblərin fəaliyyətinin, qiymət strategiyasının, cari promosyonların və stok səviyyəsinin monitorinqini həyata keçirmək;
  • KA (Key Account) və Ənənəvi ticarət (TT) kanallarında (planoqram, tanıtım, ticarət, kommunikasiya) ticari aktivlikləri  idarə etmək;
  • KA (Key Account) aktivlikləri ilə bağlı danışıqlar aparmaq və bunun əsasında təkliflər planı hazırlayıb rəhbərliyə təqdim etmək;
  • BTL fəaliyyətlərini həyata keçirmək (promouterlərin iş fəaliyyətinə nəzarət və hədəflərin təyin edilməsi, dadım aksiyaları, tanıtım tipli hədiyyəli aktivliklər və s. planlanması və icrasına nəzarət)
  • Stokların hərəkətinə mütəmadi nəzarət etmək, zəif hərəkətli məhsullar və ya promosyonlar üzrə ticari planlamalar hazırlayıb satış komandasına təkliflər vermək.

Tələblər:

  • Ali təhsil (Biznesin İdarə Edilməsi, Marketinq və ya İqtisadiyyat yönümlü);
  • Azərbaycan və rus dillərini əla, ingilis dilini yaxşı səviyyədə bilmək;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • MS Office proqramlarını əla səviyyədə bilmək;
  • SAP proqramından istifadə təcrübəsi arzuolunandır;
  • CRM alətlərindən istifadə təcrübəsi;
  • Nəticə yönümlü olmaq;
  • Analitik düşünmə qabiliyyəti;
  • Şəxsi avtomobil və sürücülük vəsiqəsinin olması.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

  • Yanacaq və amortizasiya xərcləri qarşılanır;
  • Nahar ilə təmin edilmə.

İş qrafiki:

  • Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Ticari marketinq üzrə aparıcı mütəxəssis” qeyd etməklə göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq. 

 

İşəgötürənin reytinqi