SƏTƏM üzrə mütəxəssis

  • Logistics Company
  • Elanın qoyulma tarixi: 20.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin təsviri:

  • Cəmiyyətdə KSƏTƏM idarəetmə sisteminin işlək vəziyyətdə saxlanması və təkmilləşdirilməsi.
  • Cəmiyyətdə KSƏTƏM idarəetmə sisteminin sənədləşdirilməsini, sənədlərin işlək vəziyyətdə saxlanmasını və tətbiqini təmin etmək.
  • KSƏTƏM idarəetmə sisteminin fəaliyyətində qüvvədə olan beynəlxalq və yerli standartların tələblərinə riayət olunmasına nəzarət etmək.
  • Cəmiyyətdə yekun işin təhlükəsizliyinə təsir edə biləcək funksiyaların, proseslərin uyğunluğuna, yoxlama üsullarının düzgün seçilməsinə, düzgün  və  vaxtında tətbiqinə, müvafiq qeydlərin aparılmasına nəzarət etmək.
  • Uyğun olmayan xidmətin təsbit edilməsi, təhlili və bir daha təkrarlanmaması şərtiylə uyğunsuzluğun aradan qaldırılması üçün aparılan düzəldici fəaliyyətləri izləmək.
  • Düzəldici və önləyici fəaliyyətlərin tətbiqini təmin etmək və səmərəliliyini yoxlamaq.
  • SƏTƏM üzrə qeydlərin aparılmasına, sənədləşdırılməsinə, işlək vəziyyətdə saxlanmasına  və  s. nəzarət etmək.
  • Cəmiyyətdə SƏTƏM üzrə daxili auditləri təşkil etmək, audit nəticəsində müəyyənləşdirilmiş zəruri düzəldici fəaliyyətlərin səmərəli tətbiqini yoxlamaq.
  • Təlimə (treninqə) olan ehtiyacları müəyyənləşdirməsi və müvafiq təlimlərə göndərilməsinə nəzarət etmək.
  • Təlim planının təsirli şəkildə həyata keçirilməsini və təlimdənsonrakı qiymətləndirmələrinə nəzarət etmək.
  • Cəmiyyətin KSƏTƏM idarəetmə sisteminin prosedurlarını, təlimatları, formaları hazırlamaq, təsdiqlətmək və paylamaq.
  • Cəmiyyətin prosedurlarına görə aidiyyatı şəxslərin üzərlərinə düşən vəzifələri yerinə yetirməsinə nəzarət etmək.
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir.
  • İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir.
  • İldə bir dəfədən az olmadan KSƏTƏM idarəetmə sisteminin işlək vəziyyətinin yoxlanması üçün daxili audit keçirtmək

Vəzifəyə dair tələblər:

  • Minimal təhsil pilləsi: Bakalavr
  • İxtisası: Ümumi ali təhsil
  • Minimal iş təcrübəsi: 3 il
  • Dil bilikləri: Azərbaycan,Rus, ingilis arzuolunandır
  • Kompüter bilikləri: MS Office proqramları
  • Sertifikat: İOSH;
  • İSO 14001:2015, İSO 45001:2018 standartları üzrə daxili auditor sertifikatları arzuolunandır
  • İş prosesinə aid prosedurları, qayda və təlimatları
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını
  • Fövqəladə hallar zamanı davranış qaydalarını
  • Vəzifənin tələb etdiyi səriştəliklər;
  • Kollektivlə işləmə bacarığı;
  • Məsuliyyətli olmaq;
  • Öyrənmə qabiliyyəti.

Müraciət etmək istəyənlər e-mail ünvanına CV-lərini “SƏTƏM üzrə mütəxəssis” başlığı ilə göndərə bilərlər.