Hüquqşünas

  • Logistics Company
  • Elanın qoyulma tarixi: 03.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələri:

  • Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
  • Müəssisənin fəaliyyətindən irəli gələn sənədləri (məktublar, əmrlər və s.) həmçinin müqavilələri tərtib etmək, rəy vermək və hüquqi ekspertizanı həyata keçirmək;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
  • Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
  • Müəssisənin adından bağlanılan bütün əqdləri hüquqi ekspertizadan keçirmək və qanuna, müəssisənin mənafelərinə uyğun оlаn əqdləri (müqаvilələri) vizа ilə təsdiq etmək və yа onlara dair yаzılı rəy vеrmək, həmçinin qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin bağlanılmaması barədə rəhbərlik qarşısında məsələ qaldırmaq və bunun səbəblərini аçıqlаyаn yаzılı rəy vеrmək;
  • Müəssisəni məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.

Tələblər:

  • Təhsil dərəcəsi: Bakalavr;
  • Hüquq sahəsi, hüquqşünas;
  • Təcrübə: Ümumi ən az 5 il , sahə üzrə ən az 3 il;
  • Məsuliyyətlilik;
  • Ünsiyyət qurmaq bacarığı; 
  • Detallara fikir vermək qabiliyyəti;
  • Azərbaycan dili, Rus dili və  İngilis dilini əla səviyyədə bilmək;  
  • Kompüter proqramları: MS Office (Word, Excel, PoerPoint, Visio, Outlook və s.).

İş şəraiti:

  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını "Hüquqşünas" emailda Mövzu (Subject) bölməsində qeyd edərək göndərin.