Ofis meneceri

  • Logistics Company
  • Elanın qoyulma tarixi: 01.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı:650 azn(vergilər daxil olmaqla)

Bölməsi: Marketing və İctimaiyyətlə Əlaqələr şöbəsi

Birbaşa tabe olduğu instansiya: Baş Direktor

Bilavasitə tabe olduğu instansiya: Baş Direktorun müavini

Vəzifənin təsviri:

  • Rəhbərin baxması üçun daxil olan korrespondensiyanı qəbul edir, qəbul edilmiş qərara uyğun olaraq onu iş prosesində istifadə edilməsi, yaxud cavab hazırlanması üçün struktur bolmələrinə və ya konkret icracılara verir.
  • Karguzarlığı aparır, qərarların hazırlanması və qəbul edilməsi zamanı məlumatların toplanılması, işlənilməsi və təqdim olunması üçün komputer texnikasını tətbiq etməklə muxtəlif əməliyyatları yerinə yetirir.
  • Cəmiyyətin rəhbərinin imzalaması üçün sənədləri və şəxsi ərizələri qəbul edir.
  • Rəhbərin işi üçün zəruri olan sənədləri və materialları hazırlayır.
  • Rəhbərin telefon danışıqları aparmasını təmin edir, onun yerində olmadığı halda alınmış məlumatları qeyd edir və ona catdırır.
  • Rəhbərin tapşırığı ilə məktubları, sorğuları və digər sənədləri tərtib edir, məktub muəlliflərinə cavabları hazırlayır.
  • Rəhbər tərəfindən aparılan iclasların və muşavirələrin hazırlanması uzrə işi (zəruri materialların toplanılması, iştirakcıların tədbirin kecirimə vaxtı və yeri, gundəliyi və qeydiyyat barədə məlumatlandırılması) yerinə yetirir, iclasların və muşavirələrin protokollarını rəsmiləşdirir.
  • Qonaqların qəbulunu təşkil edir, işcilərin xahiş və təkliflərinə baxılmasının operativliyinə kömək edir.
  • Təsdiq edilmiş nomenklaturaya uyğun olaraq işləri formalaşdırır, onların saxlanılmasını və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təmin edir.
  • Ehtiyac olduqda sürətçıxarma aparatı vasitəsi ilə sənədlərin sürətini çıxarır və ya skan edir .
  • Cəmiyyətə daxil olan zəngləri qəbul edir, yönləndirir və ya cavablandırır.
  • Rəhbər ilə razılaşdırılmaqla bütün dəftərxana ləvazimatları və zəruri avadanlıqların alışını təmin edir.

Vəzifəyə dair tələblər:

  • Cəmiyyətin fəaliyyətinə dair qərar, sərəncam, əmr və rəhbər materialları, normativ sənədləri və karguzarlığın aparılmasını;
  • Cəmiyyətin və onun bolmələrinin strukturunu və rəhbər heyətini;
  • Karguzarlığın təşkilini, arxiv işini;
  • Sənədlərin işlənilməsi və rəsmiləşdirilməsi metodlarını;
  • Nümunəvi formalardan istifadə etməklə işguzar məktubların çap edilməsi qaydalarını;
  • Əmək intizamı qaydalarını, əməyin muhafizəsinin norma və qaydalarını ;
  • İşguzar ünsiyyət qaydalarını bilməlidir.
  • Təhsil:Bakalavr və ya orta ixtisas təhsili
  • İş təcrübəsi:minimum 1 il
  • Dil bilikləri:Azərbaycan və Rus dili səlis,İngilis dili arzuolunandır.
  • Kompüter bilikləri: MS Office proqramları

Vəzifənin tələb etdiyi səriştəliklər:

  • Ünsiyyət bacarığı;
  • Əməkdaşlıq ;
  • Qərarqəbuletmə bacarığı;
  • Rəhbərliklə həmrəylik;
  • Öyrənmə qabiliyyəti.

Müraciət etmək istəyənlər CV-lərini “Ofis meneceri” başlığı ilə göndərə bilərlər.