Təcrübə Proqramı

  • Modaha MMC
  • Elanın qoyulma tarixi: 12.10.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əgər sən də tələbəsən, e-ticarət sektoruna maraq duyursansa, özünü yeni investisiya almış bir startupda inkişaf etdirmək istəyirsənsə, gənc, dinamik, enerjili, böyüyən komandamızın bir üzvünə çevrilmək istəyirsənsə sənə qaçırılmayacaq bir fürsət təqdim edirik.

Təcrübə Proqramı

• Logistika ilə  əlaqədar əməliyyatları idarə etmək
• Məhsul qeydləri kimi platformla əlaqədar mövzularda meydana gələ biləcək problemləri həll etmək
• Məhsul qeydindən məhsul satışına qədər olan bütün proseslərdə iştirak etmək
• Web səhifəsində yerləşdirilmiş fotoşəkillərin keyfiyyətinə nəzarət etmək, banner-ların girişini reallaşdırmaq
• Kampaniyalarla əlaqədar əməliyyatlara hazırlıq etmək

Tələblər

• Yeniliyə və öyrənməyə açıq olan
• İnternet trendlərini izləyən
• Startuplara marağı olan
• Web texnologiyaları haqqında aktual məlumatlara sahib.
• Azərbaycan, Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək

Təcrübə müddəti 4-6 ay olub, bu prosesin sonunda performansından razı qalınan namizədlər əlaqədar vəzifələrdə işə alınacaqlar.

Vakansiya ilə maraqlanan şəxslərdən  CV-lərini mövzu yerinə "Təcrübə Proqramı" yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur.