Müştəri Xidmətləri

  • Modaha MMC
  • Elanın qoyulma tarixi: 12.10.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Modaha, özəl alış-veriş klubu, e-ticarət dünyasında öz təcrübələri ilə böyük uğurlara nail olmağı hədəfləyir. Gənc və dinamik quruluşu, yaradıcı və enerjik kimliyi ilə bir çox uğurlar qazanan Modaha yeni komanda yoldaşları axtarışındadır.

Siz də bu komandanın bir parçası olmaq istərdinizmi?

Modaha-nın Bakı şəhərində yerləşən mərkəz ofisində “Müştəri Xidmətləri” bölümündə çalışacaq 20-30 yaşlarında xanım namizəd tələb olunur,

Tələblər

• Universitet məzunu və ya universitet tələbəsi
• Müştəri xidmətləri mövzusunda ən az 1 il təcrübəli
• MS Ofis proqramlarını rahat istifadə edə bilən
• Sıx iş tempinə ayaq uydura bilən
• Komanda işinə və əməkdaşlığa uyğun
• İnsan əlaqələrində müvəffəqiyyətli və ünsiyyəti güclü
• Yaxşı dərəcədə ingilis və rus dili bilikləri olan
• Xarici görünüşünə əhəmiyyət verən
• Dəqiq, nizamlı və məsuliyyət sahibi

İş Tərifi

Müştərilərdən telefon və internet vasitəsi ilə gələn şikayətlərin həlli və gələn şikayətlərin həll edilməsi yolunda lazımi departamentlər arasında  koordinasiyanın  təmin edilməsi.

Vakansiya ilə maraqlanan şəxslərdən  CV-lərini mövzu yerinə " Müştəri Xidmətləri" yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur.