Web dizayner

  • Modaha MMC
  • Elanın qoyulma tarixi: 12.10.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Modaha, özəl alış-veriş klubu, e-ticarət dünyasında öz təcrübələri ilə böyük uğurlara nail olmağı hədəfləyir. Gənc və dinamik quruluşu, yaradıcı və enerjik kimliyi ilə bir çox uğurlar qazanan Modaha yeni komanda yoldaşları axtarışındadır.

Siz də bu komandanın bir parçası olmaq istərdinizmi?

Modaha-nın Bakı şəhərində yerləşən mərkəz ofisində “web dizayner” bölümündə işləyəcək 20-30 yaşlarında namizəd tələb olunur,

Ümumi Tələblər

• Minimum 3 il təcrübəli
• Adobe Photoshop, Adobe Illustrator, (yüksək səviyyədə) və Adobe Flash mövzularında təcrübəli
• Hazırladığı dizaynları HTML, HTML5, XHTML, CSS standarlarına uyğun hazırlayan
• İnternet səhifəsi dizaynı mövzusunda təcrübəli
• Mobil web və mobil tətbiqetmələrdə interfeys dizaynı üzrə təcrübəsi olan
• Web sahəsi üçün yaradıcı, orijinal və səriştəli, istifadəçi dostu dizaynlar meydana gətirə bilən; dizayn balansı, dizayn bütövlüyü, tipoqrafiya (typography), menyu/ naviqasiya məntiqi, rəng teoriyası, animasiya, səhifə nizamı, səhifə tərtibatı və s. vizual dizayn prinsiplərində dərin bilik sahibi olan
• Flash, Gif banner, landing page və e-büllitenlərin dizaynı və həyata keçirilməsini edə bilən
• Dizayn qabiliyyəti inkişaf etmiş, yaradıcı və xəyal gücü yüksək
• Zamanı effektiv istifadə edən, araşdırma etməyi sevən və davamlı özünü inkişaf etdirən
• Dizayn trendlərini və internet texnologiyalarını yaxından izləyən
• Yaradıcılığına inanan, sürətli iş ortaya çıxardan, insanlarla əlaqələri və ünsiyyəti güclü olan
• Moda trendlərini izləyən

İş tərifi

• Modaha və ona bağlı tətbiqetmə və web səhifələrinin dizaynından məsul olmaq
• Kampaniya və ümumi marketinq ehtiyaclarına görə yaradıcı dijital dizaynların hazırlanması
• Onlayn marketinq (google və affiliate network) kanallarında istifadə olunan flash banner setlərinin hazırlanması
• Sosyal medya kampaniya və elanlarının dizaynının edilməsi,
• Günlük e-bülleten, segment, marka üçün, özəl gün və həftələrdə müştərilərə göndəriləcək e-mail dizaynlarının hazırlanması
• Sayt üzərindəki banner, landing page dizaynlarının edilməsi

Dizayn Təhsili Olanlara Üstünlük Veriləcək

Vakansiya ilə maraqlanan şəxslərdən  CV-lərini mövzu yerinə " web dizayner" yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur.