Geodeziya mühəndisi

  • AZCD Group QSC
  • Elanın qoyulma tarixi: 17.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Topoqrafiya-geodeziya işlərinin planlaşdırılması və təşkili;
  • İşləri vaxtında başa çatdırmaq üçün nəzarətindəki bütün zəruri sahə resurslarının (işçi qüvvəsinin, avadanlıqların,materialların və s.) təşkil edilməsi;
  • Bina və qurğuların, layihələrə uyğun dəqiq nişanlanmaşını, bölünmə əməliyyatlarının görülməsini və inşa olunmasını təmin etmək məqsədi ilə, kompleks geodeziya işlərinin yerinə yetirilməsi;
  • Layihədəki dəyişikliklər və ya hər hansı səbəblərdən meydana gələn xətaların aradan qaldırılması üçün layihədə düzəlişlərin edilməsi;
  • Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlinin və çöl nəzarət cədvəlinin tərtibi;
  • Tikinti-quraşdırma işlərinin layihəyə uyğunluğunun təmin edilməsi;
  • Tikinti sahəsində görülən işlərə nəzarət edir və daha məsuliyyətli və ciddi geodeziya işlərinin icrasında birbaşa iştirakının təmin edilməsi;
  • Sifarişçi, Podratçı və Subpodratçıdan geodeziya işlərinin təhvil-təsliminin həyata keçirilməsi;
  • Ölçmənin dəqiqlik həddini şərh edən standartlar fondunu və başqa sənədlərə tətbiq olunması texniki sənədlərin nizama salınması, tərtibi qaydalarını bilmək;
  • Geodeziya ölçmə işlərinin nəticələrinin riyazi hesablanması və layihəninn verilmiş planına uyğun kodlaşdırma işinin düzgünlüyündə məsuliyyət daşımaq;
  • İşlərinin icrasında əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə üzrə norma və qaydalarına əməl edilməsi.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil
  • Geodeziya mühəndisi/topoqraf olaraq inşaat sektorunda 5 il iş təcrübəsi 
  • Geodeziya alətlərini və onların istismar olunma qaydalarını bilməli
  • Microsoft Office və AutoCad proqramlarını əla səviyyədə bilməli

İş yeri: Layihələrdən asılı olaraq müxtəlif rayonlar.  

Yaşayış yeri ilə təmin edilir.

Könüllü tibbi sığorta mövcuddur.