İşin təsviri
İş barədə məlumatlar:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- Əmək haqqı: 2500 AZN;
- 5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri;
- Korporativ nömrə ilə təmin olunma;
- Nahar şirkət tərəfindən verilir;
- Vakansiya növü - tam ştat;
- Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz.
Tələblər:
- Ali təhsil (mülki tikinti və inşaat mühəndisliyi);
- Tikinti sahəsi üzrə 3 ildən yuxarı iş təcrübəsi;
- Tikinti layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
- Müvafiq layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
- Xüsusi proqram vasitəsi ilə (Primavera və PlanRadar) iş həcmi və son tarixləri əhatə
- edən tikinti layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və
- ehtimalların dəyərləndirilməsi;
- Tikinti və təmir işləri üzrə iş həcmlərinin çıxarılması və hazırlanması;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ
- sənədlərə əməl olunmasına nəzarət edilməsi;
- Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
- MS Office (Word, Excel), Primavera, MS Project proqramlarını yüksək səviyyədə
- bilməli;
- Yüksək səviyyədə analitik-riyazi bilikləri olmalı;
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı, inşaat norma və qaydalarını bilməlidir;
- Dil biliyi: Rus dili.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Planlama mühəndisi” qeyd etməklə göndərə bilərsiniz.
Öncədən təşəkkürlər.