Təchizat işləri üzrə mütəxəssis

  • Burger King
  • Elanın qoyulma tarixi: 13.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • 25-40 yaş arasında;
  • Ali təhsilli olması;
  • Azərbaycan dili (mükəmməl), Rus dili yaxşı səviyyədə, İngilis dili-arzu olunandır;
  • Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
  • Microsoft Office üzrə yaxşı biliklər;
  • 1 C və İİKO üzrə biliklər;
  • İşgüzar nitq və yazışma qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Əsas vəzifə və öhdəliklər:

  • Təchizat proseslərin təkmilləşdirilməsi;
  • Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
  • Bütün növ sifarişlərin xarici və daxili bazarların axtarışı, tapılması, onlarla əlaqənin saxlanılması şirkətlərlə müqavilələrin bağlanması və satınalmanın həyata keçirilməsi;
  • Tədarükçülərlə danışıqların aparılması və mümkün olan ən aşağı qiymətin razılaşdırılması;  
  • Materialların alınması üçün tenderlərin keçirilməsi;
  • Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı  bazasının hazırlanması və təhlilini təşkil etmək;
  • Şöbələrdən gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirilməsi, satınalma sifarişlərinin hazırlanılması və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
  • Gömrük rəsmiləşdirilməsi, ixrac sənədlərinin hazırlanması, sertifikatların alınması;
  • Şirkətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək. 

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.